Mojo.az Banner
23:02 Milyonlarla kəpənək hər il eyni meşələrə uçur: Sirri hələ də açılmayıb  |     22:57 Bu ilin əvvəlindən 900-dən çox uşağa ananın soyadı verilib  |     22:49 Azərbaycanda indiyədək hansı universitetlər bağlanıb? (SİYAHI)  |     22:44 Beyləqanda ağır qəza - Ata öldü, oğul yaralandı (Yenilənib)  |     22:28 Bir sutkaya 50 min miqrant - İspaniyada son vəziyyət  |     22:20 “Kim milyonçu olmaq istəyir?”də - 1 milyon dollar qazandı - Video  |     22:14 “Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə  |     22:06 Bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq  |     22:00 Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir  |     21:53 "Arzum 40 dəqiqə hadisə yerində olub" - Tiktokerin məhkəməsində şahid danışdı  |     21:48 Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı  |     21:40 İqnatsio Kassis Azərbaycana gələcək  |     21:35 Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var  |     21:26 Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  |     21:21 Azərbaycanda inflyasiya nə qədər olacaq? - Proqnoz artırıldı  |     21:15 Fasadı uçulub tökülən körpü təhlükə saçır - VİDEO  |     21:06 Texnologiya bazarında yeni böhran: Yaddaş çipləri niyə çatışmır?  |     20:57 Mənzil təmiri adı ilə 574 min manatlıq dələduzluq (TƏFƏRRÜAT)  |     20:44 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib  |     20:25 "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi  |    
Left Banner
Right Banner

Kamran Həsənli Rusiyadakı azərbaycanlılarla bağlı qalmaqallı fikirlərindən danışdı - VİDEO

20.04.2018 13:39 2 408
Kamran Həsənli Rusiyadakı azərbaycanlılarla bağlı qalmaqallı fikirlərindən danışdı - VİDEO
Son zamanlar adı tez-tez qalmaqallarda hallanan Kamran Həsənlinin dünən "Onda başaldıq" verilişində Rusiyada yaşayan bəzi azərbaycanlıların musiqi zövqü barədə söylədiyi fikirlər birmənalı qarşılanmayıb.

Aparıcı Baku.ws-ə açıqlamasında, fikirlərinin düzgün anlaşılmadığını, verilişdə Rusiyadakı azərbaycanlıları deyil, zövqsüz musiqinin Azərbaycanın özündə yüksəlməsini müzakirə etdiyini bildirdi:

"Yəni, oxuya bilməyən insanlar dəbdədir və bu ifaçıların da çoxu Rusiyaya böyük pullarla dəvət olunur. Musiqini yönəldirlər pis zövqlü insanlara, bu da fəsadlar verir. Biz millətimizi sevdiyimiz üçün bu problemi qabardırıq. Rusiyada da müxtəlif təbəqələr var, ziyalılar, tacirlər, biznesmenlər var. Rusiyadakı həmvətənlərimizə aşağılaya bilmərik, onlar bizim qardaşlarımızdır. Mən özüm də ora toylara gedirəm. Mənim dediyim budur ki, burada zövqsüz müğənni kimi qəbul etdiklərimiz ora daha çox dəbdədirlər. Biz müxtəlif təbəqələrin musiqi zövqündən danışmışıq, qətiyyən onların xasiyyətini, insani keyfiyyətlərini müzakirəyə çıxarmamışıq. Biz oradakı vətəndaşlarımızı çox istəyirik, onlar bizim şərəfimizdir, orada böyük uğurlar əldə ediblər.

Diasporaların hamısı ilə dostluq edirəm. Amma çox vaxt diaspora rəhbərləri əksər hallarda tədbirlərin çoxunu, konsertləri bazarlarda təşkil edirlər. Böyük zalları icarəyə götürmürlər. Hamısını demirəm, əksər hallarda. Təbii ki, səviyyəli məkanlarda konsert təşkil edənlər də az deyil. Məsələ burasındadır ki, buradan daha çox Eyyubu, Tünzaləni, Abbası deyil, müsiqi zövqü, musiqi dəyəri aşağı olan, zövqsüz insanların qiymət verdiyi ifaçıları dəvət edirlər. Belə musiqiçilər Azərbaycanda çoxdur. Rusiya bizi Rəşid Behbudovla, Müslüm Maqomayevlə , Arif Məlikovla yüksək musiqi mədəniyyətli millət kimi tanıyıb. Mən sevinərdim ki, Rusiya bizi daha yüksək, daha zövqlü, daha dəyərli, daha peşəkar musiqiçilərimizi tez-tez dəvət etsinlər.

Biz o verilişdə Rusiyada yaşayan soydaşlarımıza güldən ağır söz deməmişik və deyə də bilmərik. Aravuranlar istəyirlər olay yaratsınlar. Ara qatanlara ayıb olsun!”
скачать dle 11.3
Mojo.az Banner