Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Konçita QİÇS xəstəsi olduğunu etiraf etdi

16.04.2018 12:02 5 255
Konçita QİÇS xəstəsi olduğunu etiraf etdi
Daha çox Konçita Vörst kimi tanınan avstriyalı müğənni Tom Noyvirt QİÇS xəstəsi olduğunu bəyan edib.

Müğənni bu barədə öz “Instagram” səhifəsində yazıb.

Konçitanın sözlərinə əsasən, o, bu diaqnozla artıq bir neçə ildir ki yaşayır. Noyvirt qeyd edib ki, bu barədə açıqlama vermək istəməyib, lakin keçmiş sevgilisi onu təhdid etdikdən sonra məcbur qalıb:

“Mən heç kimə həyatıma təsir etməyə və məni qorxutmağa icazə vermərəm”, - müğənni qeyd edib.

O, dəstəyə görə öz ailəsinə, dostlarına və pərəstişkarlarına təşəkkür edib./oxu.az

Son xəbərlər