Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Magistralda 160 sürətlə "uçan" avtobus (VİDEO)

12.04.2018 22:20 2 060
Magistralda 160 sürətlə
Sərnişin avtobusu magistiral yolda yüksək sürətlə hərəkət edir.

Median.Az
"Xəzər TV"yə istinadən xəbər verir ki, kadrlar Bakı-Qazax avtomobil magistralında çəkilib. Yüksək sürətlə hərəkət edən avtobusun sürücüsü sanki magistralda yox, yarış meydançasındadır.

Sürücu avtobusu saatda 160 km sürətlə idarə edir. Sürücü hətta döngələrdə də sürətini azaltmır. 10 RO 299 dövlət qeydiyyat nişanlı avtobusun içində sərnişinlərin olub-olmadığı aydın görünmür.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, burda həm videonu çəkən, həm də avtobusun sürücüsü sürət həddini kobud şəkildə pozur. Qaydalara görə, avtobusların sürəti 90km/saatdan çox ola bilməz. Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.

Ekspert qeyd edir ki, bu kimi halların qarşısını almaq üçün mütləq sərnişin avtobuslarına nəzarət gücləndirilməlidir. Əks halda sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və bu kimi qayda pozuntuların sayı arta bilər.

Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, görüntülərə uyğun olaraq araşdırma aparılacaq. Əgər sürət həddi videoda qeyd olunduğu kimi müəyyənləşərsə, hər iki sürücüyə qanunda nəzərdə tutulan qaydada cərimə tətbiq ediləcək.скачать dle 11.3

Son xəbərlər