Mojo.az Banner
17:29 Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO  |     17:24 İldə 20 min manatdan çox pul köçürə bilməyəcəksiniz - YENİ QƏRAR (Yenilənib)  |     17:20 Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU  |     17:18 Qonşular dörd uşaq anasının qətlindən danışdılar: "Xoşbəxt görünürdülər, daxildə nə olub, bilmirik" - VİDEO  |     17:13 Azərbaycanda terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı YENİ LAYİHƏ  |     17:12 Qanunda dəyişiklik: Satınalma müqavilələri elektron formada rəsmiləşdiriləcək  |     17:08 Nəvəsinin sevgilisini bıçaqlayan 78 yaşlı kişi: "İki bıçaq qırıldı, üçüncünü götürdüm"  |     17:00 Dilan Polat yenə saxlanıldı  |     16:03 Günəşdə güclü partlayışlar: Maqnit qasırğası gözlənilir  |     14:57 Elman Rüstəmov məşhur restoranını SATDI  |     14:55 Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir  |     14:53 Onlar vergidən 20 il azad edildilər  |     14:52 Rusiyada məşhur repçi Ciqana qarşı araşdırma başlanıldı  |     14:51 Vətəndaşların NƏZƏRİNƏ: Bu şəxslərə işgüzar səfər vizası veriləcək  |     14:46 Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır  |     14:45 Azərbaycanda məktəblinin meyiti tapıldı  |     14:40 Qaçırıldığı deyilən "Flydubai" təyyarəsində əslində nə baş verib?  |     14:36 Aİ-92 və dizelin qiyməti artacaq?  |     14:31 Yas mərasimləri neçə saat davam etməlidir?– AÇIQLAMA  |     14:27 Lahorda azərbaycanlı qadının zorakılığa məruz qalması ilə bağlı AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda aldığı süddən qəribə maddə çıxdı – VİDEO

06.04.2018 13:54 2 155
Bakıda aldığı süddən qəribə maddə çıxdı – VİDEO
Paytaxt sakinlərindən biri bazardan süd alıb. Üstəlik, bu süd ona kənd südü adı ilə satılıb. Ancaq evdə bişirildikdə ortaya fərqli mənzərə çıxıb.

Median.Az
“xezerxeber.az”a istinadən xəbər verir ki, ilk baxışdan hər hansı bir kimyəvi maddəyə bənzəsə də, paytaxt sakini Aydın Laçınov bunu bazardan "kənd südü" adından alıb.

Ancaq həmin süd bişdikdən sonra formasını dəyişib.Aydın Laçınov deyir ki, bazardan aldığı südün bu formaya düşməsi onu təəccübləndirib. Ona daha çox təsir edən isə satıcının bu məsələyə reaksiyası olub.

Xəzər TV-nin çəkiliş heyəti südün satıldığı bazara baş çəkib. Satıcı əvvəlcə məsələni inkar etsə də, sonra vəziyyətdən başqa çıxış yolları tapmağa çalışıb.

Ət və süd məhsulları satışa çıxarılmadan öncə mütləq yoxlanılmalı və həmin məhsula xüsusi icazə sənədi verilməlidir. 8-ci kilometr bazarında ət və süd məhsullarının yoxlama və nəzarət işini 21 saylı baytarlıq sanitariya ekpertiza labaratoriyası həyata keçirir.

Laboratoriyadan bildirdilər ki, onlar sözügedən südün satışa çıxarılmasına dair hər hansı icazə sənədi verməyiblər.

Ekspertlər tövsiyə edirlər ki, belə təhlükəli hallarla rastlaşmamaq üçün hər hansı ərzaq məhsulu alarkən onun istehsalçısının bəlli olmasına və məhsulun etiketlənməsinə diqqət yetirilməlidir.скачать dle 11.3
Mojo.az Banner