Mojo.az Banner
18:44 Şərurun keçmiş hərbi komissarı məhkəmə zalında həbs olundu  |     18:17 Dövlət Vergi Xidmətinin baş idarə rəisi vəzifəsindən azad edilib  |     18:03 Qurban Qurbanov: "Bəzi futbolçulardan narazılığım var"  |     17:58 Bu materialların istifadəsi qadağan edilir  |     17:41 M10-da ağlasığmaz talama: HƏBSLƏR VAR  |     17:24 Bakı aeroportunda "birka" əməliyyatı: Kanalları dəyişdirən sərnişin özünü ələ verdi  |     17:21 Ramiz Mehdiyevlə bağlı məhkəmə QƏRAR VERDİ  |     16:35 Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq  |     16:29 Qurban Qurbanov meydançanı qardan təmizlədi (FOTO)  |     16:28 Bakıda atanın qızını cinsi zorakılıqla hədələdiyi iddia olunur - Polis araşdırmaya başladı  |     16:27 Yeni ekologiya və təbii sərvətlər naziri kimdir? – DOSYE  |     16:25 Prezident Rəşad İsmayılovu nazir təyin etdi  |     16:23 Məhkəmə tanınmış plastik cərrah olan arvadını öldürən Türkiyə vətəndaşı barəsində qərar verib  |     16:21 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə yekun qərarla bağlı müşavirəyə getdi (Yenilənib)  |     16:19 İlham Əliyev İordaniya ilə sazişi təsdiqlədi  |     15:13 Paytaxtda "Gelandewagen"in təkərlərini oğurlayan iki nəfər ələ keçdi  |     14:50 Lənkəranda əkiz övlad anası üçəm dünyaya gətirdi  |     14:46 Fəzail Ağamalının ölüm səbəbi nə olub? - Professor şərh etdi  |     14:32 Prezidentin yüksək vəzifə verdiyi Azər Mursaqulov kimdir? - DOSYE  |     14:31 Müştərilərlə dolu olan restorana od vuranlardan birinin şəxsiyyəti məlum oldu (Video)  |    
Left Banner
Right Banner

Nazir açıqladı: Bu borcların silinməsinə başlanıldı

05.04.2018 16:42 2 042
Nazir açıqladı: Bu borcların silinməsinə başlanıldı
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sahibkarlığın inkişafının dəstəklənməsinə yönələn tədbirlər sırasında məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsini də xüsusi qeyd etmək olar. Artıq bu prosesə başlanılıb".

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə görüşü zamanı jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, proses çərçivəsində özəl sektorun müxtəlif sahələrində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclardan ibarət 155,3 milyon manata qədər borcun tam olaraq silinməsi, eləcə də 26,7 milyon manatadək borcun ödəniləcək hissəsinə müvafiq olaraq qalan hissəsi üzrə borcun silinməsi təmin ediləcəkdir ki, bu da özəl sektorun dəstəklənməsində növbəti böyük addımdır.

Nazir qeyd edib ki, bu baxımdan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun qəbul olunması və cari il aprelin 1-dən qüvvəyə minməsi xüsusi əhəmiyyət kəsb edir: “Həmin Qanuna uyğun olaraq, məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair təlimati məktub hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq yerli şöbələrinə göndərilib. Həmin proses çərçivəsində məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borclar və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borclar tam məbləğdə silinəcəkdir. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış penyalar üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların müəyyən hissəsi ödənilməklə, qalan hissənin silinməsi təmin ediləcəkdir.”.

S.Müslümov diqqətə çatdırıb ki, bu proses eyni zamanda elə nəzərdə tutulub ki, vətəndaşların pensiya təminatına da mənfi təsir göstərməsin. Çünki 2017-ci ilin 01 iyul tarixindən pensiya qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən hazırda pensiyanın məbləği yalnız fərdi şəxsi hesabda toplanan sosial sığorta haqlarının ümumi məbləğinə, yəni pensiya kapitalına uyğun təyin olunur. Ona görə də bu borcların silinməsi və tənzimlənməsi elə aparılmalıdır ki, fərdi şəxsi hesablarda toplanan pensiya kapitalına mənfi təsir göstərməsin. Bu baxımdan hər iki tərəfin, həm işəgötürənlərin, həm də işçilərin maraqları nəzərə alınmalıdır.”скачать dle 11.3