Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Nəqliyyat Agentliyinə yeni səlahiyyətlər verildi - Çox ciddi yeniliklər olacaq - VİDEO

04.04.2018 13:33 1 960
Bakı Nəqliyyat Agentliyinə yeni səlahiyyətlər verildi - Çox ciddi yeniliklər olacaq - VİDEO
Bundan sonra paytaxt ərazisindəki parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən təyin ediləcək. Parkomatların quraşdırılması da bu quruma həvalə edilib. Yeni qaydalara əsasən qarajlardan kənarda marşrut avtobuslarının saxlanılmasına da icazə verilməyəcək.

Parkomatların hansı ərazilərdə yerləşdirilməsini Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək.

Publik hüquqi şəxs olan Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artıb.Yeni nizamnəməyə əsasən agentlik işıqforların və yol nişanlarının yerlərini, Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla müəyyən edəcək və ya dəyişdirəcək, eləcə də onları quraşdıracaq və lazımi qaydada saxlanılmasına nəzarət edəcək. Bütün işıqforların vahid sistem çərçivəsində mərkəzləşdirilmiş qaydada intellektual idarə olunması da Agentliyə həvalə edilib. Bundan əlavə şəhər ərazisində parkomatların quraşdırlması bu qurum tərəfindən həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyi istehsalat bazaları olmayan sahibkarlara yardım edəcək.Bundan sonra qarajlardan kənarda avtobusların saxlanılmasına icazə verilməyəcək.

Digər qurumlar da hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi nəzərdə tutulan avtomobil yolları barədə ən azı 3 gün əvvəldən, təxirəsalınmaz hallarda isə dərhal Agentliyə məlumat verəcəklər.

Son xəbərlər