Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha bir dahi Kalaşnikov öldü

28.03.2018 21:01 2 365
Daha bir dahi Kalaşnikov öldü
Atıcı silahların görkəmli banisi, "Kalaşnikov" avtomatının yaradıcısı Mixail Kalaşnikovun oğlu, sovet və Rusiyanın silah ustası Viktor Kalaşnikov vəfat edib

Atıcı silah növlərinin görkəmli ixtiraçısı, "Kalaşnikov" avtomatının yaradıcısı Mixail Kalaşnikovun oğlu, sovet və Rusiyanın silah ustası Viktor Kalaşnikov vəfat edib.

Median.az-ın məlumatına görə, bu barədə M.T.Kalaşnikov adına İjevsk dövlət texniki universitetinin mətbuat xidməti məlumat yayıb.

Viktor Kalaşnikov martın 27-də, 75 yaşında vəfat edib.

"Kalaşnikov" konserni konstruktorun öldüyü barədə faktı təsdiqləyib və bildirib ki, onunla vida mərasimi martın 30-da İjevskdə keçiriləcək.

Viktor Kalaşnikov 16 iyul 1942-ci ildə anadan olub. 1966-cı ildə İjevsk Mexaniki İnstitutunu bitirib. Bundan sonra İjevsk maşınqayırma zavodunun yeni məmulatların təkmilləşdirilməsi bürosunun baş konstruktoru işləyib.

O, Kalaşnikov avtomatının daha da təkmilləşdirilməsi üçün çoxsaylı tədqiqatlar aparıb və onun üçün bir neçə detal hazırlayıb. O, özünü yükləyən ovçuluq karabini və kombinə edilmiş gücə malik Kalaşnikov pulemyotunun təkmilləşdirilməsində iştirak edib, "Medved-3" karabini üçün baraban kilidi yaradıb.

Onun rəhbərliyi altında, "Abakan" üzərində iş çərçivəsində, "Bizon-2" və "Vityaz-SN" tapança-pulemyotu yaradılıb.

Viktor Kalaşnikov Rusiyanın əməkdar konstruktoru, fəxri silah ustası və silah sənayesinin fəxri işçisi adlarına layiq görülüb. "Şərəf nişanı" ordeni, "Moskvanın 850 illiyi "medalı və digər mükafatlarla təltif edilib.

Oğul Kalaşnikov texnika elmləri namizədi, Udmurtiyanın Mühəndislik Akademiyasının müxbir üzvü idi.

Son xəbərlər