Mojo.az Banner
12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |     11:56 Azərbaycanda yasa 60 min manat xərcləndi – Din xadimindən açıqlama  |     11:40 Xəzərdə zəlzələ olub - FOTO  |     11:31 Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO  |     11:27 Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR  |     11:20 Türkiyədə məşhur iş adamının oğlu saxlanıldı  |     23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Arda Turan jurnalisti hədələdi: Başını yararam

27.03.2018 12:05 2 593
Arda Turan jurnalisti hədələdi: Başını yararam
Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turan yenə qalmaqalla diqqət mərkəzinə düşüb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Başakşəhər”in futbolçusu jurnalistə hədə-qorxu gəlib.
 
Belə ki, həyat yoldaşı Aslıhan Doğanla restorandan çıxarkən jurnalistin sualı ulduz futbolçunu qəzəbləndirib. Ardıcıl sualların cavabsız qaldığını görən müxbirin Doğandan “Arda bəy sizə danışmaq qadağası qoyub?”, deyə soruşmasından sonra özündən çıxan futbolçu onu döyməklə hədələyib: “Tərbiyəli ol. Qadağa qoymaq nə deməkdi? Sənin başını, gözünü yararam, yoldaşımla danışırsan”.

Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda Turan qış fasiləsində “Başakşəhər”ə icarəyə verilib.



скачать dle 11.3
Mojo.az Banner