Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Hadisə geyimləri ilə hadisə yaratdı – FOTO

19.03.2018 12:06 6 113
Hadisə geyimləri ilə hadisə yaratdı – FOTO
Hadisənin seksual səhnə kostyumu gündəm yaradıb.

Oxu.az “Hürriyet”ə istinadən xəbər verir ki, müğənni dünən Bostançı Şou Mərkəzində konsert verib.

Altı rəqqasə ilə birlikdə səhnəyə çıxan müğənni təxminən iki saat ərzində sevilən mahnılarını səsləndirib. İfaçı cəlbedici səhnə geyimi ilə diqqət çəkib.

Hadisə səhnə öncəsi suallara cavab verib. O, “Sıfır Tolerans” mahnısına çəkilən klipi açıq-saçıq olduğu üçün RTÜK-dən cəza aldıqdan sonra “Farkımız var” klipində qapalı geyimdə kamera qarşısına keçməsi haqqında danışıb:

“Əsl istədiyim kimi klip çəkdim. Məni heç bir şey qorxutmur. İstədiyimi edirəm, azad sənətkaram. RTÜK cəza verəcəksə də, verər”.

Müğənni daha sonra cəzalar məsələsində ayrıseçkilik edildiyini dilə gətirib:

“Məncə, qadınlar bu məsələdə daha çox əzilir. Kişi sənətçilərinin kliplərində öpüş və sevişmə səhnələri daha çoxdur. Bir qadının rəqsi, bədəni, saçı, makiyajı çox danışılır. Bu məsələdə qadın-kişi ayrıseçkiliyi aparılır.

Mənim küçədə əlimi tutub təşəkkür edən qadınlar olub. Mən də onlara təşəkkür edirəm. Qadının səsi olmağa davam edəcəyəm”.

Paris tətilində Hakan Sabancı ilə əyləndiyi iddia edilən müğənni “Bacılarımla istirahətə getdim. Mənim də tanıdığım insanlar olur. Orada qarşılaşdıq, birlikdə əyləndik. Hadisənin yanında bir kişi görünən kimi dərhal xəbər olur. Həqiqətən, həyatımda bir adam olsa, əlindən tutub qarşınıza çıxaram”, - deyib.

















скачать dle 11.3
Mojo.az Banner