Mojo.az Banner
19:16 Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib  |     18:48 Gəmi qəzasının 15 qurbanının axtarışı davam edir  |     18:40 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var"  |     18:37 Naxçıvan şəhərində su təchizatında fasilə yaranacaq  |     18:37 Yunanıstanda qırıcı təyyarə qəzaya uğradı  |     18:11 Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu  |     17:56 Həkimlər bu 5 gigiyena məhsulunu dərhal atmağı məsləhət görür  |     17:39 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı  |     17:33 Hava ilə bağlı XƏBƏRDARLIQ: Külək güclənəcək  |     17:32 Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq  |     17:20 Bu məktəblərin fəaliyyəti dayandırılacaq  |     17:13 Tələbə yataqxanalarında vəziyyət necədir? - Qiymətlər, yerlər və güzəştlər  |     17:08 Azərbaycanda yeni universitetin yaradılması təklif olunur  |     17:01 Alimlər narahatdır: Çirkli buz buzlaqların əriməsini sürətləndirə bilər  |     16:55 Ötən gün 2 avtomat, 1 tapança aşkarlanıb  |     16:50 Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)  |     16:43 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək  |     16:38 Borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb  |     16:30 Amin Novruzov vəfat etdi  |     16:26 Bazar gününə olan hava proqnozu  |    
Left Banner
Right Banner

ATƏT PA-nın müşahidə missiyasının koordinatoru Azərbaycanda prezidentliyə namizədlərlə görüşüb

14.03.2018 12:56 2 737
ATƏT PA-nın müşahidə missiyasının koordinatoru Azərbaycanda prezidentliyə namizədlərlə görüşüb
ATƏT-in Parlament Assambleyasının (PA) qısamüddətli müşahidə missiyasının koordinatoru Nilza Sena (Portuqaliya) Azərbaycanda prezidentliyə namizədlərlə görüşüb.

“Report”un xəbərinə görə, görüşdə prezidentliyə qeydə alınan namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov, prezidentliyə qeydə alınan namizəd Qüdrət Həsənquliyevin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli, prezidentliyə qeydə alınan namizəd Araz Əlizadə, prezidentliyə qeydə alınan namizəd Fərəc Quliyev, prezidentliyə qeydə alınan namizəd Razi Nurullayev, prezidentliyə qeydə alınan namizəd Zahid Oruc, prezidentliyə qeydə alınan namizəd Hafiz Hacıyev və prezidentliyə namizədlər Əli Əliyev, Sərdar Cəlaloğlu və Tural Abbaslı iştirak ediblər.

Prezidentliyə namizəd Tural Abbaslı “Report”a açıqlamasında deyib ki, görüşdə Azərbaycandakı seçki vəziyyəti müzakirə olunub, bu istiqamətdə fiki mübadiləsi aparılıb: “Koordinator Azərbaycandakı seçki mühiti ilə bağlı fikirlərimizi soruşdu, bu istiqamətdə müzakirələr apardıq. Koordinator bildirdi ki, seçkilərin müşahidəsi obyektiv şəkildə həyata keçiriləcək”.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası hələlik T.Abbaslının, S.Cəlaloğlunun, Ə.Əliyevin namizədliyinin qeydə alınması məsələsinə baxmayıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.скачать dle 11.3
Mojo.az Banner