Mojo.az Banner
Left Banner
Right Banner

Yasamalda mənzildən qadın meyiti tapılıb - FHN

13.03.2018 19:10 2 241
Yasamalda mənzildən qadın meyiti tapılıb - FHN
Yasamalda mənzildən 69 yaşlı qadın meyiti tapılıb.

Median.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və orada aşkarlanan 1949-cu il təvəllüdlü Məmmədova Rifan Hacıbaba qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.скачать dle 11.3
Mojo.az Banner