Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək | 18:15 Külli miqdarda vergi ödəməkdən yayınmaqda şübhəli bilinən şəxs saxlanıldı | 17:59 Rusiyada keçmiş sevgilisini öldürən azərbaycanlı gəncin saxlanılma kadrları - Video | 17:48 Məktəblərdə 9 günlük payız tətili başlayır: Dərslər nə vaxt başlayacaq? | 17:31 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır | 17:29 Külək güclənəcək - XƏBƏRDARLIQ | 17:22 Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq yekunlaşdı | 17:17 Hamilə qadın "ASAN Xidmət"in qarşısında qətlə yetirildi | 16:41 "TikTok"da icra başçısını söyən şəxs həbs edildi | 16:40 Meyvə şirəsi və enerji içkisi yükündə xüsusilə külli miqdarda metamfetamin aşkarlandı - VİDEO | 16:38 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər | 16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video |
Mojo.az Avto
Mojo.az Avto

Aygün Kazımova: “Ay da, uy da, oy mama” kimi işlər mənlikdir – MÜSAHİBƏ

13.03.2018 13:46 5 102
Aygün Kazımova: “Ay da, uy da, oy mama” kimi işlər mənlikdir – MÜSAHİBƏ
Xalq artisti Aygün Kazımova ilə tədbirlərin birində ayaqüstü görüşdük.

Həmişəki kimi, tədbirdə seçilməyi və diqqət çəkməyi bacarır.

Əhvalı yüksəkdir. Gülür, ətrafa enerji saçır. Xoş əhvalından istifadə edib bir-iki sual ünvanlayırıq.

Median.Az oxu.az-a yeni işlərindən danışan Kazımovanın müsahibəsini təqdim edir:

- İnsanlar konsertdən sonra yenidən durğunluq olacağını düşünürdülər, lakin Aygün Kazımova aktiv həyatına davam edir...

- Əslində, mənim aktiv həyatım keçən ilin yanvarından başlayıb, hələ də davam edir.

- Yeni işlər var, amma deyəsən, gizlədirsiniz...

- Bəli, var. Üç gün öncə bir klipi bitirdik. Hətta çəkiliş zamanı yıxılmışam. Burnumdan zədə almışdım. Rejissora demişəm ki, necə edirsən, et, onu gizlət.  Bundan başqa, ardı-arası kəsilmədən tamaşaçılarımız yeni layihələr görəcək.

- Yeni fotosessiyanız fərqli idi, yenə də insanları təəccübləndirdiniz...

- Bu, kişi imicini əks etdirən geyimlər idi. Mənə tamaşaçıların rəyi çox maraqlıdır. Dostlarım fotolarımı çox bəyəndiklərini söylədilər. Növbəti fotosessiyamız tam başqa olacaq. Klipdə görünüşüm tam başqa, o birində isə başqa cür olacaq. Gözəl xəbərlər var. 





- Bu yaxınlarda "Cücələrim" layihəsi də oldu. Tamaşaçılar sizdən bunu gözləmirdi...

- Sıradan, hər kəsin görə biləcəyi bir şey mənlik deyil. Deyəndə ki bunu kim edə bilər? "Ay da, uy da, oy mama" kimi işlər mənlikdir.



- "Eurovision" təmsilçimizlə bağlı məlumatınız var? Mahnımızı bəyənmisiniz? 

- Hələ mahnısını dinləməmişəm. Ancaq Ayseli tanıyıram. Vaxtımız var, müğənnini çox peşəkar şəkildə yarışmaya hazırlamaq olar. İnanıram ki, gözəl performans olacaq. Çünki Aysel istedadlı qızdır, mənim qızımla rəfiqədir. Ona uğurlar arzu edirəm. Hansısa dəstəyim lazım olsa, bilsin ki, hər zaman hazıram.



- Nə vaxtsa sizi o səhnədə görəcəyik?

- Bilirsiniz axı, "Eurovision"a qatılmaq biz sənətçilərin arzusu ilə olmur. Ona görə də, yəqin ki, mənə təklif olunsa, məmnuniyyətlə qəbul edərəm. Lakin iş orasıdır ki, elə bir təklif yoxdur (gülür).



- Hazırda səhnədə olan, öz sözünü demiş sənətçilərdən kimi "Eurovision"da görürsünüz?

- Çox adamı o səhnədə görürəm, ancaq adlarını çəkməyəcəm. Düşünürəm ki, peşəkarlar həmin müğənniləri hazırladıqdan sonra heç bir problem olmaz. Sadəcə, yaxşı hazırlaşmaq mütləqdir.


Son xəbərlər