Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda körpələrə qoyulan 70 maraqlı ad: Hələ belə adlar eşitməmisiz (SİYAHI)

06.03.2018 18:59 3 137
Azərbaycanda körpələrə qoyulan 70 maraqlı ad: Hələ belə adlar eşitməmisiz (SİYAHI)
Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha 70 maraqlı ad açıqlanıb.

Median.Az
-in "Report"a istinadən verdiyi məlumata görə, adlar siyahısında Çağrı, Çallı (müdrik), Çakar, Çakər, Çayanbəy (igid bəy), Çayanxan, Çaylı, Çıraq, Çıraqqəddin (dinin işığı), Çolpan (dan ulduzu) kimi kişi, Çeşmə, Çeşmi, Çeşməgül, Çeşməxanım, Çeşməzar, Çəməni, Çinənay (Çin tütəyi) kimi qadın adları yer alıb.

Valideynlər övladlarına Dadbəxş (əltutan), Dadrəs (imdada yetişən, himayəçi), Dalqılıc (qınsız qılınc), Damanəli (Əlinin ətəyi), Danzi, Dənzi (sübh qızartısı), Darab (suyun başlanğıcı), Dəyyan (ölməz), Dilgün (gözəl danışan), Dilmac (çox dil bilən), Dövrəli (Əli dövrü), Dural (dəyişməyən) kişi, Danqız (Sübh qızı), Dilaram (qəlbə rahatlıq verən), Dilfəza (fəza kimi geniş ürəkli), Dilistan, Dürrü, Dürrət, Düşəri, Dürsəti (inci üzlü), Düşvarə (müşkül) kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında Elbaşı, Elmi, Elruh, Elson (yurdun axırıncı oğlu), Erazim kimi kişi, Elda (Yelda), Eldəgül, Elfira, Elli, Esfira (ulduz, parlaq), Eyvazgül (tamamilə gül, başdan ayağa gül) kimi qadın adları da yer alıb.

Körpələrə Ədib, Əfrand (əzəmət), Əlfi (ülfətli), Əlidədə, Əlim (Alim, vaqif adam), Əliş, Əmircan, Ənbili (peyğəmbər nəslindən olan), Əralp (igid döyüşçü), Ərçə (həddi buluğa çatmış), Ərman, Ərsay, Ərzan kimi kişi, Əfafə (iffət), Əfifə (iffətli), Əqdəs (ən müqəddəs), Əlimə (dərdli), Ərus (gəlin, nişanlı), Əsra (daha sürətli), Ətrabə (ətir suyu), Əzra (bakirə) kimi qadın adları da qoyula bilər.

Son xəbərlər