Mojo.az Banner
18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |     15:47 Ekoloq: "Günəş panellərinin tullantıya çevrilməsinə indidən hazırlaşmalıyıq, yoxsa..."  |     15:38 "TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar  |    
Mojo.az Avto
Mojo.az Avto

Qəbələ sakini təyyarə hazırladı - VİDEO

06.03.2018 12:48 3 116
Qəbələ sakini təyyarə hazırladı - VİDEO
Həqiqi təyyarə kimi sürət yığır, sonradan havaya qalxır.

Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Qəbələ sakini Ayaz Məmmədov artıq 10 ildir ki, aviamodelçiliklə məşğuldur və o, əsl təyyarələrə bənzəyən kiçik prototiplər hazırlayır.

Ayaz Məmmədov hər bir detala xüsusi həssaslıqla yanaşır. 15-dən artıq təyyarə hazırlayan usta "Cesna-182 Skylane", "Tricopter" və "Nobler" kimi modellərlə sərgilərə də qatılıb.

Həmin təyyarə modelləri yanacaqla işləyir. Model əvvəlcə layihə formasında kağız üzərində çəkilir. Sonradan həmin layihəyə uyğun hər bir detal dəqiqliklə hazırlanıb yığılır.

Usta deyir ki, modeli hazırlamaq üçün istifadə etdiyi materialları tapmaq ona elə də asan başa gəlmir. Çünki əsas material sayılan balzanın ölkədə satışı yoxdur.

Gənc və istedadlı modelçi təyyarə maketlərini hazırlamaq texnikasını şagirdlərinə də öyrədir. Bu, onların hafizələrini gücləndirmələrinə və asudə vaxtlarını daha səmərəli keçirmələrinə xidmət edir. 

Ayaz Məmmədov deyir ki, onlara şərait yaradılarsa, modelləri daha da təkmilləşdirmək olar.
скачать dle 11.3
Mojo.az Banner