Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi | 21:40 Bakıda "Mercedes GL450" sürücüsü sərxoş vəziyyətdə yaxalandı | 21:32 "Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu | 21:27 Eşitmə məhdudiyyətli məktəbli müdir otağına girib seyfi boşaltdı - Cəza verildi | 21:19 2026-2027-ci ilin qışında dəbdə olacaq gödəkçələr | 21:13 Aldığı rüşvətləri sədrə çatdırdı, iş alınmayanda şikayət etdi - 58 minlik rüşvət işi | 21:05 Bakıda 280 min manatlıq mənzil dələduzluğu | 21:00 Türkanda qanunsuz karxana işlədən şəxsə hökm oxundu - Elektron qolbaqda gəzəcək | 20:52 Zəncəfil haqqında miflər və həqiqətlər: Əslində nəyə kömək edir, harada isə acizdir? | 20:47 Noyabr ayının pensiyaları ödənildi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda sürücünü təhqir edib, üzünə tüpürdü - VIDEO

06.03.2018 11:39 6 851
Bakıda sürücünü təhqir edib, üzünə tüpürdü - VIDEO
Avtobus dayanacağında avtomobilini saxlayan sürücünün “Bakı Bus” sürücüsünü nalayiq söyüşlərlə təhqir etdiyini əks etdirən video yayılıb.
 

Bakı Bus MMC-dən media24.az-a verilən məlumata görə, hadisə fevralın 28-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “Bakı Bus”a məxsus 99 JX 256 dövlət qeydiyyat nişanlı avtobusun “Neftçilər” metrostansiyasındakı dayanacağına daxil olarkən baş verib.
 
99 AL 789 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtomobilini avtobuslar üçün nəzərdə tutulan dayanacaqda saxlayıb. Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət zolağında qanunsuz olaraq parklama edib. Həmçinin o, ona iradını bildirən avtobus sürücüsünə hədə-qorxu gələrək, onu təhqir edib.
 
Avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edib ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə, yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Son xəbərlər