Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Dar paltarlar bu xəstəliklərə səbəb olur – XANIMLARIN DİQQƏTİNƏ

02.03.2018 17:30 2 786
Dar paltarlar bu xəstəliklərə səbəb olur – XANIMLARIN DİQQƏTİNƏ
Bəzən dəb, bəzən də sırf özümüzə yaraşdırdığımız üçün dar ətəklər, köynəklər, şalvarlar geyinirik. Ancaq mütəxəssislər dar paltarların ciddi sağlıq problemlərinə səbəb olduğuna dair xəbərdarlıq edir. Ailem.az dar paltarların səbəb olduğu sağlıq problemlərini sadalayır.

Qan dövranını əngəlləyir

Paltarlar ayaqları və ya beli çox sıxanda ürək qan dövranını təmin etmək üçün daha çox işləməyə məcbur olur. Ayaq və qıçlarınızda qan dövranı çox əhəmiyyətlidir, çünki ayaqlarınızın şişməsini önləyir. Qan dövranının olmaması isə sağlamlığınız üçün təhlükəlidir. Özünüzü yorğun və halsız hiss etməyinizə səbəb ola bilər.

Selülitləri çoxaldır

Selülit qadınların ən çox qorxduğu bir haldır. Dar paltarlar selülit yaranmasına meylli olan dərilərdə selülitlərin dərinləşməsinə və daha çox yayılmasına səbəb olur.

Hüceyrə oksidləşməsinə səbəb olur, yaşlandırır 

Dar paltarlardan qaynaqlanan ağciyərlər və nəfəs borusundakı təzyiq düzgün nəfəs almağınızı əngəlləyə bilər. Sinə nahiyənizdəki hava dövranı kifayət qədər təmin olunmadığında, hüceyrələrin oksidləşməsi sürətlənə bilər. Bu da erkən yaşlanmaya səbəb olar.

Bel ağrısına səbəb olur

Məsələn, dar cins və ya hər hansı bir sərt parçalı paltar geyindiyinizdə ayaqlarınız sıxılır və normalda dəstəklədiyi bədənin ağırlığını daşımaqda çətinlik çəkər. Qol və ayaqlarınızın hərəkət müstəqilliyi olmazsa, günü ağrı hissi ilə bitirə bilərsiniz.

Paltarların bədənə çox yaxın olması istilik və nəm səviyyəsini artırır. Genital nahiyədə dar paltarlar göbələk və bakteriyaların yaranmasını çoxaldır. Bu, pis qoxu və ya maya infeksiyaları kimi problemlərə səbəb ola bilər.

Kökəlməyinizə səbəb olar

Bağırsaqları sıxan, mədəyə təzyiq edən paltarlar metabolizma sürətinizin azalmasına səbəb olur. Metabolizmanın sürətinin azalması isə qarşıda artıq çəki almağınızı qaçılmaz edir.скачать dle 11.3

Son xəbərlər