Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qənirə Paşayeva Orduxanla çəkilən selfie fotosundan DANIŞDI

01.03.2018 15:57 5 113
Qənirə Paşayeva Orduxanla çəkilən selfie fotosundan DANIŞDI
Milli Məclisin deputatı Qənirə Paşayeva Hollandiyada yaşayan müxalifətçi bloger Orduxan Teymurxanın sosial şəbəkələrdə onunla olan fotosunu paylaşmasına münasibət bildirib.

“Ölkə.Az”ın məlumatına görə, Q.Paşayeva həmin fotonun bir neçə il öncə Avropa Şurasının iclaslarında iştirakı zamanı çəkildiyini söyləyib:

“Avropa Şurasında xeyli zaman əvvəl iclasa tələsərkən bir azərbaycanlının “sizinlə foto çəkdirəcəm”,- deyərək qəfil kənardan çəkdiyi bir selfie fotonu və elə o fotoda onun necə bir şəraitdə çəkildiyini görmək mümkün olduğu halda ağlına gələni yazaraq guya mənim əleyhimə təbliğat aparmaq düşüncəsinə düşənlərə sadəcə bunu söyləmək istəyirəm:

Millətimiz hər şeyi yaxşı görür və bilir. Hər hansı tədbirlərdə bizə yaxınlaşaraq foto çəkdirmək istəyən bəzən onlarla soydaşımızdan orada kimliyini sorğulamağın mümkünsüzlüyünü, onların hamısını tanımağın, nə ilə məşğul olduğunu araşdırmağın imkansızlığını, və yaxud kənardan yaxınlaşaraq qəfil sizinlə uzaqdan bir selfi kadrı çəkən insanla bağlı araşdırma aparmağın mümkunsüzlüyünü də insanlar gözəl başa düşürlər. Odur ki, özünüzü bu qədər gülünc yerinə qoymayın!”.

Xanım deputat sosial şəbəkələrdə ona qarşı qarayaxma kampaniyası aparan şəxslərə də sərt cavab verib:

“Bir az əvvəl İzmirdə Xocalı soyqırımı tədbiri sonrası dostlar mənə əleyhimə bəzi "mənbə"lərin başlatdığı şər-böhtan, qara piar kampaniyası haqqında bəzi yazılar göstərdilər. Nə deyim, Allah sizə ağıl versin! O qədər ağılsızsınız ki, ağıllı, məntiqli bir qaralama kampaniyası da düşünə bilmirsiniz. Nə zaman işğalçı Ermənistanla bağlı, separatçılarla bağlı, qardaş Türkiyəyə qarşı olan terrorçu təşkilatlarla bağlı sərt açıqlamalarım geniş yayılır, əleyhimə hansısa mənbələrin təbliğatı, şər-böhtan kampaniyası da başlayır. Bəzi kimliyini bildiyim şəxslər mənə bəlli səbəblərdən dolayı yandaşları vasitəsilə əleyhimə bu cür şər-böhtanları yayma fəaliyyəti aparır. Adınızı açıqlamaq o qədər çətin deyil. Sadəcə adınızı yazmağıma belə layiq deyilsiniz. Mən Türk qızıyam. Allahdan belə qorxmadan şər-böhtan,yalanla məşğul olanlardan və onların anti-təbliğatlarından qorxsaydım, illərlə Dövlətim, Vətənim və Millətim üçün mübarizə apara bilməzdim. Çünki illərlədir bu cür yalanlarla, şər-böhtanlarla mənə təsir etmək istəyənlər az olmadı”.

Son xəbərlər