Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyənin məşhur mafiya lideri Qarabağ qazisi ilə görüşdü – VİDEO

26.02.2018 16:50 3 981
Türkiyənin məşhur mafiya lideri Qarabağ qazisi ilə görüşdü – VİDEO
Vətən uğrunda gözünü və bir ayağını itirən gənc Qarabağ qazisi, keçmiş güləşçi Kamil Musavi Türkiyənin məşhur mafiya liderlərindən biri olan Sedat Pekerlə görüşüb.

Görüş S.Pekərin evində gərçəkləşib. Unikal.org-a danışan K.Musavi S.Pekərin onun Türkiyəyə gəldiyindən xəbər tutaraq, evinə dəvət etdiyini deyib:

“Ermənilərin Xocalı soyqırımında həmvətənlərimizin başına gətirdikləri dəhşətli qətliamla bağlı danışmaq üçün Türkiyə kanalları məni bura çağırıblar. Hazırda qardaş ölkədəyəm.
Türkiyəyə gəldiyimi Sedat Pekərə deyiblər ki, Kamil Musavi gələcək. O da “qonağım olsa, qürur duyaram” deyib”.

Gənc qazi Sedat Pekərlə görüşdən videosunu paylaşıb. O, həmin görüntüdə Kamil Musavinin onun evinə ziyarətə gəldiyi üçün çox xoşbəxt olduğunu dilə gətirib. S.Peker, həmçinin Kamil Musavinin Afrin əsgərlərinə səsləndiyi videoya bağlı da danışıb:

“Əsgərlərimiz üçün K.Musavinin danışması biz türklərin qəlbində böyük yer alıb. Allah ondan və onun kimi düşünənlərdən razı olsun”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçı Baş Leytenantı K.Musavi 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.скачать dle 11.3

Son xəbərlər