Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ali məktəblərdə bir şəxsin 2 vəzifəni icra etməsi qadağan edilir

15.02.2018 12:10 3 866
Ali məktəblərdə bir şəxsin 2 vəzifəni icra etməsi qadağan edilir
Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.

Təhsil Nazirliyinin Kollegiyasının 15 oktyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” bu gündən qüvvəyə minir.

Bu Qaydalar mülkiyyət formasından asılı olmayaraq bütün ali təhsil müəssisələrinə şamil edilir.

Dövlət sirri və təhlükəsizliyinin təmin olunması məqsədi ilə xüsusi təyinatlı ali təhsil müəssisələri nizamnamələri ilə bu Qaydalar arasında ziddiyyət yarandığı halda öz nizamnamələrini əsas götürürlər. Ali təhsil müəssisələrində kafedra müdiri və fakültə dekanı vəzifələrinin tutulması müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin nəticəsinə əsasən həmin vəzifələrə seçilmiş şəxslərlə işəgötürən arasında əmək münasibətləri 5 il müddətinə bağlanmış əmək müqaviləsi ilə tənzimlənir.

Ali təhsil müəssisəsi tərəfindən kafedra müdiri və fakültə dekanı vəzifələrinə vakansiya yarandığı gündən 1 aydan gec olmayaraq, əmək müqaviləsinin müddəti başa çatan vəzifələrə isə həmin müddətin başa çatmasına 2 ay qalmış vəzifələrin tutulması ilə bağlı müsabiqə elan olunur. Sənədlərin təqdim olunmasına və müsabiqənin keçirilməsinə hər birinə 1 ay olmaqla vaxt ayrılır. Müsabiqənin vaxtında elan olunmasına və üzrsüz səbəbdən vaxtında keçirilməməsinə görə ali təhsil müəssisəsinin rektoru intizam məsuliyyəti daşıyır.

Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün ali təhsil müəssisəsi tərəfindən kütləvi informasiya vasitələrində və ali təhsil müəssisəsinin internet səhifəsində müsabiqə elan edilir. Kafedra müdiri və fakültə dekanı vəzifələrinə namizədlər təhsil sahəsində qanunvericilik, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”, bu Qaydalarla, ixtisas tələbləri, əmək funksiyaları ilə tanış olur və elan dərc olunduqdan sonra nəzərdə tutulan müddətdə müsabiqədə iştirak etmək üçün ərizə ilə ali təhsil müəssisəsinin rektoruna müraciət edirlər. Bütün hallarda bir şəxsin eyni zamanda kafedra müdiri və dekan vəzifəsini icra etməsinə yol verilmir.

Müsabiqə aşağıdakı ümumi şərtlər əsasında aparılır:

- kafedra müdiri vəzifəsinə müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik Azərbaycan vətəndaşları, həmçinin mövcud qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər;

- dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər. Eyni şəxs eyni ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz.

- Dövlət təhsil müəssisəsində akademik və inzibati vəzifələrin tutulmasının yaş həddi Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu yaş həddinə çatan pedaqoji işçilərin akademik və inzibati vəzifə tutmamaq şərti ilə, təhsil müəssisəsinin tədris və elmi fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir;

- Bədən tərbiyəsi və idman, incəsənət, musiqi təmayüllü kafedraların müdiri və ya müvafiq fakültələrin dekanı vəzifəsini tutmaq üçün müsabiqədə bu Qaydalarda qeyd olunan tələblərə uyğun gələn şəxslərlə yanaşı həmin ixtisaslar üzrə elmi dərəcəsi və adı olmayan, lakin həmin sahədə dövlət təltifləri olan şəxslər də iştirak edə bilərlər.

Kafedra müdiri və fakültə dekanı vəzifələrini tutmaq üçün namizədlərin göstəriciləri həmin vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti pozulduqda sənədlərin qəbulundan imtina olunur. Namizəd ərizəsini seçkiyə qədər istənilən vaxt geri götürə bilər. Kafedra müdirinin və dekanın fəaliyyətinə nəzərdə tutulmuş müddətdən əvvəl xitam verildiyi və ya elan olunmuş müsabiqə baş tutmadığı hallarda ali təhsil müəssisəsi rektorunun əmri ilə kafedra müdiri vəzifəsinin icrası kafedranın əməkdaşlarından birinə, dekan vəzifəsinin icrası isə dekan müavininə və ya fakültənin tərkibindəki kafedralardan birinin bu Qaydalarda oyulan tələbləri ödəyən əməkdaşına müvəqqəti (üç aydan çox olmayaraq) olaraq həvalə olunur. Dekan vəzifəsini icra edən şəxs, vəzifəni icra etdiyi müddətdə kafedra müdiri və ya dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilməz. Kafedra müdiri vəzifəsini icra edən şəxs dekan vəzifələrinin tutulması ilə bağlı müsabiqədə iştirak edə bilər./oxu.az

Son xəbərlər