Mojo.az Banner
20:49 Prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub  |     20:43 Bakıda 6909 cinayət törədilib  |     20:35 İcra başçısı Qusarda keçirilən antiterror əməliyyatından danışdı  |     20:30 Kəlbəcərdə çaya düşən 11 yaşlı uşağın meyiti tapıldı  |     20:23 Qubada qadını tok vurub öldürdü  |     20:18 Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Araşdırma aparılır (YENİLƏNİB)  |     20:09 Naxçıvanda əhalinin sayı artıb  |     20:02 Bu ölkədə uşaq evində yanğın oldu - Ölənlər var  |     19:57 Dövlət Agentliyindən dənizçilərə ÇAĞIRIŞ  |     19:50 Ukraynada yeni Baş nazir təyin olundu  |     19:44 İngiltərənin baş məşqçisi istefaya göndəriləcək?  |     19:39 Azərbaycan əhalisi 2 milyard manatlıq yanacaq alıb  |     19:30 Yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş imiş - AQTA  |     19:24 Hacıqabulda 3 kiloqram narkotik vasitə aşkarlandı  |     19:15 Zərdabda 1 tondan artıq xaş-xaş kolu məhv edildi  |     19:10 Mirzoyan bu il Azərbaycana gələ bilər - TƏHLİL  |     19:04 "Green card" almaq istəyənlərə bəd xəbər - 100 min dollar...  |     18:59 Tramp silah istehsalına 10 milyard dollarlıq yeni investisiya qoyur  |     18:50 Azərbaycanda 15 nəfərə professor elmi adı verilib  |     18:45 Yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı - Video  |    
Left Banner
Right Banner

25 gün əvvəl itkin düşən Türkan tapıldı - "Ona yaxşı həyat yoldaşı ola bilmədiyim üçün getdim"

12.02.2018 14:07 2 803
25 gün əvvəl itkin düşən Türkan tapıldı -
Göyçay rayonunda ötən ay evdən çıxaraq qayıtmayan ailəli qadın tapılıb.

Median.Az
xəbər verir ki, rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu APA-ya bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki 19 saylı mənzildən çıxaraq geri qayıtmayıb.

Rüfət Məmmədov bu barədə Göyçay Rayon Polis Şöbəsinə məlumat verib. Türkan Lətifova itkin düşmüş şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb. O, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıda, "Qara Qarayev" metro stansiyasının yaxınlığındakı mağazalardan birində tapılıb. Türkan Lətifova Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə həyat yoldaşı Rüfət Məmmədovla görüşdürülüb. Oğuz rayonu Bayan kənd sakini, bir uşaq anası Türkan Lətifova verdiyi izahatda Rüfət Məmmədovla ötən il ailə həyatı qurduğunu, evdə heç bir söz-söhbət olmadığını, mehriban yaşadıqlarını, şəkərli diabet xəstəsi olduğu üçün onu müalicə etdirdiyini bildirib. Türkan xəstəliyi ilə əlaqədar Rüfətə çox əziyyət verdiyini və ona yaxşı həyat yoldaşı ola bilmədiyini əsas gətirərək evdən getdiyini qeyd edib. Rüfət evi tərk edən Türkanı qəbul etməyib və onu öz anasına təhvil verib.

Rüfət Məmmədov rayonda avtoyuma məntəqəsində çalışdığını deyib: "Yanvarın 18-də nahar vaxtı Türkan Lətifova mənə zəng etdi ki, evdə yeməyi hazırlayıb. Getdim, Türkan məktub yazaraq evdən ayrılmışdı. Məktubda "Rüfət səni sevirəm, amma gedirəm" sözlərini yazmışdı".скачать dle 11.3
Mojo.az Banner