Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

AZAL daha 20 “Boeing” almaq istəyir

07.02.2018 13:51 3 027
AZAL daha 20 “Boeing” almaq istəyir
Görüşdə tərəflər əsası 2001-ci ildə “Cargolux” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə müntəzəm reyslər yerinə yetirməsi ilə qoyulan yük aviadaşımaları sahəsindəki 17 illik səmərəli əməkdaşlıqdan razılığını bildirib.

Aviaşirkətlər arasında əməkdaşlıq 2010-cu ildən 2014-cü ilə kimi “Cargolux” şirkətinin Azərbaycanın “Silk Way Airlines” aviaşirkətinə 3 ədəd “Boeing 747-400F” təyyarəsinin tədarük edilməsini nəzərdə tutan müqavilənin imzalanmasından sonra daha da möhkəmlənmişdir. Hazırda hər iki aviaşirkət arasında əməkdaşlıq həmçinin “Boeing 747” təyyarələrinə texniki xidmət, bu təyyarənin simulyatorunda heyət hazırlığı və s. nəzərdə tutur.

Cahangir Əsgərovun sözlərinə görə, hazırda Azərbaycan mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır. Yükdaşımaları bazarında özünü çox yaxşı tanıdan yeni geniş füzelyajlı uzaq magistrallı “Boeing 747-8F” təyyarələrinin istifadəsi bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

Eyni zamanda Cahangir Əsgərov “Boeing” şirkətinin “Boeing 747-8F” təyyarələrinin istehsalı proqramının bağlanması barədə potensial qərarından təəssüfləndiyini bildirmişdir. Belə ki, Azərbaycanın mülki aviasiya üçün yaxın 10 il ərzində 20 ədəd “Boeing 747-8F” təyyarəsinin alınmasına ehtiyac olacaq və bununla da əlaqədar olaraq Cahangir Əsgərov bu tipli hava gəmisinin istehsalının davam etdirilməsi üçün Boeing Korporasiyasına müraciət etməyi təklif edib.

Öz növbəsində Riçard Forson Heydər Əliyev Beynəlxalq Aeroportunda göstərilən xidmətlərin yüksək keyfiyyətindən məmnunluğunu bildirmişdir. O, həmçinin “Boeing 747-8F” təyyarələrinin beynəlxalq aviadaşımalar bazarında özünü çox yaxşı tanıtması ilə razı olduğunu və bu təyyarələrə tələbin hələ də qaldığını qeyd edib.

AZAL QSC-nin Prezidenti cənab Forsona bildirmişdir ki, onun dəvəti ilə yaxın həftələrdə “Boeing Commercial Airplanes”in Prezidenti və Baş İcraçı Direktoru Kevin Makalister Bakıya işgüzar səfərə gələcək. Cahangir Əsgərov Riçard Forsona görüşə qoşulmağı və geniş füzelyajlı yük laynerinin gələcəyini müzakirə etməyi təklif edib.

Qeyd edək ki, “Silk Way Airlines” Avropa, Asiya, Yaxın Şərq və Şimali Amerikada 20-dən çox istiqamətə müntəzəm reyslər yerinə yetirir . Aviaşirkətin donanması müasir və iritutumlu “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarələrindən ibarətdir.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilmişdir.

Son xəbərlər