Mojo.az Banner
19:42 Ürək köçürüləndən bir il sonra vəfat edən Rəşad tələbə imiş - FOTO  |     19:37 Kreditini tam ödəyən şəxsdən əlavə pul tələb olunur? - VİDEO  |     19:30 Birinci Qarabağ müharibəsi veteranı dünyasını dəyişdi  |     19:04 32 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib  |     18:38 Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı  |     18:22 Bakıda yeniyetmə futbol oynadığı yerdə cinayət törətdi  |     18:22 Sadır Japarov Azərbaycana səfərə gəlib  |     18:20 Əməkdar jurnalist vəfat etdi  |     18:19 Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb  |     18:11 İranpərəst qruplaşma Azərbaycana hücumu etiraf etdi  |     18:07 Gəncədə 26 yaşlı kişini küçədə bıçaqladılar  |     18:06 İsrail prezidenti Azərbaycana səfərə gəldi - Foto  |     18:04 Şahin Şıxlinskinin Yekaterinburqda rəhbərlik etdiyi təşkilat ləğv edildi  |     17:53 Şavkat Mirziyoyev Bakıya yola düşüb  |     17:29 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı  |     17:28 İstanbuldan Bakıya minlərlə dərmanı qanunsuz gətirmək istədi  |     17:24 Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi  |     17:05 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər - Video  |     17:04 Hakan Fidan Bakıya gəlir  |     17:03 Əli Əsədov Laos prezidenti ilə görüşüb - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb

26.01.2018 00:08 3 146
Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb
Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevin üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Bölmə əməkdaşlarınnın həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “TT” markalı tapança, 3 ədəd patron, 1 ədəd həmin silaha məxsus sandıqça və narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.скачать dle 11.3
Mojo.az Banner