Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni virus “WhatsApp” yazışmalarını oğurlaya bilir

17.01.2018 15:13 3 209
Yeni virus “WhatsApp” yazışmalarını oğurlaya bilir
“Kasperski Laboratoriyası” “WhatsApp” messencerdən ismarıcları oğurlaya bilən yeni virus aşkarlayıb. “Skygofree” virusu Android proqram təminatı ilə işləyən mobil qurğuları hədəfə alır.

Bu barədə şirkətin apardığı araşdırmada deyilir.

“Skygofree” virusu iri mobil operatorların saxta saytları vasitəsilə yayılır. Belə saytlarda istifadəçilərə yalandan “interneti sürətləndirən” utilitli proqram yükləmək təklif olunur.

“Skygofree” – bizim indiyə kimi bu platforma üçün üzləşdiyimiz ən güclü casus aləti sayılır”, –deyə analitiklər qeyd edir.
Ekspertlərin yazdığına görə, casus-proqram  telefon danışıqlarını qeydə ala, SMS-ləri və “WhatsApp” yazışmaları, GPS və şəxsi təqvim tətbiqində məlumatlarını oğurlaya bilir. Bundan başqa, mobil telefon açıq olduqda ətrafda olan səsləri yaza bilir. Virusun vasitəsilə kibercinayətkarlar mobil telefonun qoşulduğu Wi-Fi sisteminə müdaxilə edə  bilir.

Araşdırmay görə, “Skygofree” 2015-ci ildən etibarən geniş yayılıb. “Kasperski Laboratoriyası”nın məlumatlarına görə, sonuncu dəfə onun yayılmasına xidmət edən domen ötən ilin oktyabr ayının 31-də qeydə alınıb. Həmin vaxt virusdan başlıca olaraq İtaliyada olan mobil qurğu istifadəçiləri əziyyət çəkib. Ekspertlər virusu hazırlayan virtual-dələduzların məhz İtaliyada olduğuna əmindir.скачать dle 11.3

Son xəbərlər