Mojo.az Banner
23:00 Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - Video  |     22:30 https://youtu.be/L3z77U64oZo?si=RbhIetcR0UsQfF9h  |     22:20 Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Kəskin bahalaşacaq?  |     21:59 Hikmət Hacıyev: Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir  |     21:42 Bakıda hava pisləşəcək - Bu tarixdən  |     21:30 Gənc boksçu faciəvi şəkildə ÖLDÜ  |     21:18 20 illik fəaliyyətə son: General-leytenant Etibar Mirzəyev vəzifədən azad edilməsindən danışdı  |     21:05 Hakimlərin Seçki Komitəsinin məlumatı  |     21:04 "14 fevral milyardlarla dollarlıq dövriyyə yaradır" - İqtisadçı  |     20:57 Çoxmənzilli binalarda idarəetmə problemi  |     20:49 Leyla Əliyeva Göygöl səfərindən paylaşım etdi - Video  |     20:44 "Hyundai" mopedlə toqquşdu: 17 yaşlı gənc xəsarət aldı  |     20:26 Sumqayıtda 11500 manatlıq dələduzluq edən 68 yaşlı kişi TUTULDU  |     20:18 Bakıda böyük REYD: qayda pozanlar cərimələndi - Video  |     20:05 Gənc boksçu faciəvi şəkildə öldü  |     19:54 Su təchizatı sektorunda ciddi qanun pozuntuları aşkarlandı, iş açıldı  |     19:47 Bütün ermənilərin katolikosu II Qareginə cinayət işi açıldı  |     19:39 Natrium əvəzinə litium: Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər  |     19:36 Nazir müavini: SOCAR Serbiyada ilk böyük birgə layihəsini həyata keçirməyə hazırlaşır  |     19:28 Azərbaycan Premyer Liqası: "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazandı  |    
Left Banner
Right Banner

27 yaşlı oğlan bacısının gözü qarşısında azyaşlını evə saldı, zorladı... - BİLƏSUVARDA

17.01.2018 13:25 7 168
27 yaşlı oğlan bacısının gözü qarşısında azyaşlını evə saldı, zorladı... - BİLƏSUVARDA
Biləsuvar rayonunda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Qüdrət Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qüdrət Qasımzadə yaşadığı Biləsuvar rayonun Bəydilli kəndində 2003-cü il təvəllüdlü Sahib Məmmədova (ad və soyad şərti verilib - red.) qarşı bir neçə dəfə seksual xarakterli hərəkətlər edib.

O, azyaşlı ilə ilk dəfə 2016-cı ilin noyabr ayında qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin vaxt azyaşlını aldadaraq yaşadığı evinə gətirən Qüdrət Qasımzadə ona qarşı əxlaqsız hərəkətlər edib, daha sonra isə qeyri-təbii yolla cinsi əlaqədə olub.
Növbəti dəfə Qüdrət Qasımzadə azyaşlı ilə 2017-ci ilin yanvarın 29-da qeyri-təbii yolla cinsi əlaqəyə girib. Bu dəfə də o, azyaşlını aldadaraq yaşadığı evə gətirib və ona əxlaqsız hərəkətlər edib.

"Azyaşlı ilə cinsi əlaqədə olmamışam"

Qüdrət Qasımzadə Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham olunub.

Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Qüdrət Qasımzadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmədiyini deyib. Təqsirləndirilən şəxs bildirib ki, azyaşlı ilə cinsi əlaqədə olmayıb.

"Dedi ki, göyərçini tutmaqda mənə köməklik edim"

Zərərçəkmiş Sahib Məmmədov bildirib ki, Qüdrət Qasımzadə onun qonşusudur. Onun sözlərinə görə, Qüdrətin kiçik qardaşı Sərvət Qasımovla dostluq edir, Sərvətlə bütün günü bir yerdə oynayırlar: "2016-cı ilin noyabr ayının ortalarında küçədə qaz borusunun üstündə oturduğum vaxt Qüdrət məni çağırdı. Bildirdi ki, həyətlərində olan "şəlpə" göyərçini tutmaqda ona köməklik edim. Mənim də "şəlpə" göyərçinlərdən xoşum gəldiyindən, Qüdrətgilin həyətinə keçdim. Ondan göyərçinin harada olmasını soruşdum. Qüdrət mənə göyərçinin evdə olduğunu dedi və məni evə çağırdı".

"Zorla mənimlə cinsi əlaqədə oldu"

Sahib Məmmədovun sözlərinə görə, evə girən vaxtı Qüdrətin xəstə bacısı Səmayənin (ad şərti verilib - red.) də evdə olduğunu görüb: "Səmayə xəstə olduğundan Qüdrəti görən kimi ondan saqqız istədi. Qüdrət də ona saqqız verərək həyətə çıxmasını dedi. Səmayə həyətə çıxan kimi Qüdrət qapını bağladı. Məni pilləkənlə yuxarı qaldıraraq sol tərəfdə yerləşən otağa saldı. Sonra otağın qapısını bağladı və üstümə cumdu. Qüdrət əvvəlcə öz əynində olan şalvarını və sonra da mənim şalvarımı aşağı saldı. Zorla mənimlə qeyri-təbi yolla cinsi əlaqədə oldu".

Zərərçəkmişin ifadəsinə görə, 2017-ci ilin yanvarın 29-da, saat təxminən 17-də Sərvətlə oynamaq üçün onların həyətinə gedib və onu çağırarkən Qüdrət evdən çıxıb: "Qüdrət Sərvətin evdə olmadığını dedi, həmin vaxt kiçik qardaşım da oraya gəldi. Qüdrət qardaşıma çıxıb getməsini, mənə isə bir göyərçin verərək göndərəcəyini dedi. Buna görə də qardaşım oradan getdi. Qardaşım getdikdən sonra Qüdrət həyətdə olan göyərçinlərdən birini anası evə gəldikdən sonra verəcəyini dedi. Anası gələnə kimi məni televizora baxmaq üçün evə apardı. Həmin vaxt evdə heç kim olmayıb. Qüdrət məni evə saldıqdan sonra qapını bağladı və arxadan qucaqlayaraq şalvarımı aşağı saldı. Ona müqavimət göstərsəm də, buna əhəmiyyət vermədi. Mənimlə yenidən qeyri-təbii yolla cinsi əlaqədə oldu".

"Qüdrətin mənimlə cinsi əlaqədə olduğunu dedim"

Zərərçəkmiş qeyd edib ki, Qüdrətgildən çıxandan sonra ağlaya-ağlaya evlərinə doğru gedib: "Bu zaman qardaşım qabağıma çıxdı. Qardaşım məndən niyə ağladığımı sorşdu. Qüdrətin məni zorladığını dedim. Bu barədə heç kimə bir söz deməməsini qardaşıma tapşırdım".

Sahib Məmmədovun ifadəsinə görə, fevralın 2-də evdə olarkən qardaşı çaydanı aşırıb, buna görə aralarında mübahisə olub: Qardaşım da anama mənim keçən dəfə Qüdrətgilə getdiyimi deyəcəyini bildirdi. Bunu o biri otaqda olan anam da eşitdi, nə iş olduğunu soruşdu. Mən də anama hər şeyi danışdım, sonra da atam evə gəldi. Anam da başıma gələnləri atama dedi. Atam hadisənin necə olduğunu deməyimi məndən tələb etdi. Mən də Qüdrətin bir neçə dəfə məni zorladığını danışdım. Atam da məni polisə apararaq şikayət etdi".

"Biabır olmaqdan qorxdum"

O, ifadəsində daha sonra göstərib ki, Qüdrət onunla cinsi əlaqədə olduqdan sonra bu barədə heç kimə heç nə deməməsini tapşırıb: "Mən də həm tay-tuşlarım arasında biabır olmaqdan, həm də valideyinlərimdən qorxduğumdan qardaşından başqa bu barədə kiməsə bir söz deməmişəm".

8 il həbs

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qüdrət Qasımzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qüsrət Qasımzadənin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyilə baş tutan prosesdə Qüdrət Qasımzadənin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti onun şikayətini araşdırandan sonra qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb./publika.az
скачать dle 11.3
Mojo.az Banner