Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto |
Mojo.az Avto
Mojo.az Avto

Çağırışçılar hərbi hissələrə belə qəbul olunur – VİDEO

16.01.2018 14:56 4 395
Çağırışçılar hərbi hissələrə belə qəbul olunur – VİDEO
Azərbaycan ordusuna yeni çağırılan gənclər hərbi hissələrə qəbul olunublar. 
 
Bu barədə oxu.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da aparılan islahatlar müsbət nəticəsini verib. İstər şəxsi heyətin döyüş hazırlığı, istərsə də ruh yüksəkliyinin artırılması və maddi-məişət şəraitinin yaxşılaşdırılması üçün bütün imkanlar yaradılıb. Xidməti fəaliyyət ilə yaxından tanış olduğumuz bu hərbi hissə də dediklərimizi bir daha sübut edir. Burada şəxsi heyət üçün hər cür şərait yaradııb ki, bu da xidmətə başlayan gənc əsgərlərin bir hərbi qulluqçu kimi yetişməsində xüsusi əhəmiyyət kəsb edir.

Hərbi hissəyə gətirilən çağırışçıların ilkin olaraq qəbulu həyata keçirilir. Hərbidə ilk addımlarını atan gənclər bir qədər həyəcanlıdırlar. Buna baxmayaraq hərbi hissə onlar üçün çox maraqlıdır. Şəxsi heyətin saglamlığı çox vacibdir. Xidmətə başlamazdan əvvəl çağırışçılar tibbi müayinəyə cəlb olunurlar. Çağırışcılar bütün həkimlərdən keçəndən sonra onların tibbi kitabçalarında müvafiq qeydlər aparılır. 

Ümumiyyətlə isə hərbi hissədə şəxsi heyətin vaxtaşırı tibbi müayinəsi üçün müasir tibbi avadanlıqlarla təchiz edilmiş məntəqə fəaliyyət göstərir. Həkim müayinəsindən sonra çağırışçılar psixoloqlarla söhbətlərə cəlb olunurlar. Gənclərlə ilkin tanışlıq zamanı onların psixi sağlamlıqlarının qiymətləndirilməsinə, şəxsi keyfiyyətlərinin aşkarlanmasına, hərbi xidmət şəraitinə uyğunlaşdırılmasına xüsusi diqqət ayrılır.

Növbəti mərhələdə çağırışçıların qeydiyyatı və bölgüsü aparılır. Onlar şəxsi heyətin uçotu bölməsinə təqdim olunaraq adlı siyahılar əsasında yoxlanılır. Hərbi biletlərindəki məlumatlar çağırışçılarla dəqiqləşdirildikdən sonra müvafiq bölmələrə təyin olunurlar.
Daha sonra çağırışçıların saçları səliqəyə salınır. Növbəti mərhələdə gənc əsgərlər paltar və digər şəxsi əşyalarla təmin edilirlər. Artıq yuyunmaq üçün hamama yollanmaq olar.

Soyuq qış aylarında hərbi hissəni daim isti su və istilik sistemi ilə təmin etmək üçün müasir tələblərə uyğun qazanxana fəaliyyət göstərir. Burada quraşdırılmış suqızdırıcılar vasitəsilə şəxsi heyət sutkada 24 saat istiliklə təmin olunur. Bundan əlavə, hərbi hissənin çamaşırxanasında quraşdırılan müasir paltaryuyan, quruducu maşınlar və yataq ağlarının ütülənməsi ücün qurğular şəxsi heyəti həftə ərzində təmiz paltar və yataq ağları ilə təmin edir.

Şənbə və bazar günləri şəxsi heyətin yuyunma günləridir. Gördüyümüz bu müasir hamamda şəxsi heyət rahatlıqla yuyunur, təmiz paltarla təmin edilir.
Hərbi hissəsinin ərazisində yerləşən yeməkxana böyüklüyü və səliqə-səhmanı ilə göz oxşayır. Hərbi hissəyə gətirilən ərzaq məhsulları müasir tələblərə cavab verən soyuducu və dondurucu kameralarda saxlanılır. Bu kameralarda ət, balıq, toyuq məhsulları, meyvə, tərəvəz və digər ərzaq ehtiyatı saxlanılır. Yeməkxananın mətbəxində müasir avadanlıq quraşdırılıb ki, bu da bütün növ yeməkləri hazırlamağa imkan verir. Burada əsas üstünlük milli yeməklərə verilir. Şəxsi heyət hər gün üç dəfə kolorili isti yeməklə təmin olunur.
Xanım aşpazlarımızın qayğı ilə hazırladığı yeməklər ev yeməyindən heç nə ilə fərqlənmir.
Şəxsi heyətin fiziki hazırlığı ən vacib məsələlərdən biridir. Hərbi hissədə salınmış idman şəhərciyində əsgərlərimiz günün nizam tələblərinə uyğun olaraq hər gün səhər və axşam idman məşğələləri keçirlər.

Son xəbərlər