Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Direktor rüşvət verməyən müəllimi iclasda təhqir etdi – SƏS YAZISI

10.01.2018 17:48 2 933
Direktor rüşvət verməyən müəllimi iclasda təhqir etdi – SƏS YAZISI
Cəlilabadda rüşvət vermək istəməyən müəllim pedaqoji şurasının iclasında məktəb direktoru tərəfindən təhqir olunub.

Median.Az
xəbər verir ki, bu barədə məlumatı AzEuroNews.com–a verən Cəlilabaddakı mənbəmizin sözlərinə görə, hadisə rayonun Alar kənd 2 saylı orta məktəbin pedaqoji şurasının iclası zamanı baş verib.

Onun sözlərinə görə, məktəbdə çalışan müəllimlərin iştirakı ilə keçirilən pedaqoji şuranın iclası zamanı direktor Lətif Seyfullayevlə sözügedən məktəbin müəllimi Azad Dadaşov arasında mübahisə yaranıb.

Mübahisəyə səbəb isə, A.Dadaşovun hər müəllimdən tələb olunan 50 manat pulu vermək istəməməsi olub.

Mübahisə zamanı direktor daha da irəli gedərək A.Dadaşovun kolleqalarını da təhqir edərək onun üzərinə qaldırıb. O iclasdakı müəllimlərə yüksək səslə “Kişiliyiniz çatmır? Yığışın bir ərizə yazın ki, bu adam işə yaramır, torbasını tikək çıxsın getsin. Kimdən artıqdır? Sabirabaddakı törətdiyi hadisələri burda da etmək istəyir” deyərək təhqir edib.

Mövzu ilə bağlı məktəb direktoru ilə əlaqə saxlamaq cəhlərimiz hüç cürə alınmadı.

AzEuroNews.com pedaqoji şurasın iclasında baş verən qalmaqalın səs yazısını da əldə edib. Ümid edirik, Təhsil Nazirliyi yaxın günlərdə məktəb direktoru haqqında lazımı ölçü götürəcək.скачать dle 11.3

Son xəbərlər