Mojo.az Banner
SON DƏQİQƏ
18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Rövşən Lənkəranskinin həbsdə olan polkovnik qardaşı azadlığa çıxdı

10.01.2018 12:05 2 922
Rövşən Lənkəranskinin həbsdə olan polkovnik qardaşı azadlığa çıxdı
Canıyevlə birlikdə ötən ilin noyabrında "qanuni oğru" Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad edilib

Dünən axşam azərbaycanlı məmur — Dövlət Gömrük Komitəsinin Keşlə gömrük postunun rəisi, 2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı, keçmiş gömrük polkovniki Namiq Canıyev İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Canıyevlə birlikdə ötən ilin noyabrında "qanuni oğru" Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad edilib.

Qeyd edək ki, noyabrın 2-də 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Səlifova qarşı sui-qəsd cəhdi edilib. Səlifov həbsdən çıxdığı gün İstanbula qardaşları Namiq və Müşfiq Səlifovların yanına gedib.

Həmin vaxt killerlər qrupu İstanbulda Səlifova qarşı hücum planlaşdırmağa cəhd ediblər. Keçirilən operativ əməliyyat nəticəsində qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM" ticarət mərkəzində saxlanılıblar. Sui-qəsdə cəhdə görə Namiq Canıyev günahlandırılıb. Guya o, tərkibində bu şəxslərin olduğu killer qrupuna rəhbərlik edirmiş: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Abdurrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Əmrə Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Səbri Şirin. Onların arasında "qanuni oğru", saxta pasportla dolaşan Hacı Beyləqanski ləqəbli kriminal avtoritet Talıbxanlı Hacıbaba Tahir oğlu da olub.

Bununla yanaşı, İstanbulda baş verən olayların bəzi təfərrüatları da məlum olub.

Məlumata görə, Namiq Canıyev kriminal avtoritetə qarşı sui-qəsddə iştirak etməyib. Səlifovla haqq-hesab çəkmək arzusunda çeçen kriminal avtoritet, oğru dünyasının "Ümumavropa kassası"nın nəzarətçisi Həmzət Qastəmirov (Şeyx Həmzət) olub. Mənbənin sözlərinə görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələlərini yoluna qoymaq üçün gəlib. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları olan Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.

Ümumiyyətlə, azərbaycanlı məmur geyindiyi uniformanın şərəfini ləkələməmək üçün həmişə kriminal aləmdən uzaq durmağa çalışır. Bunun üçün o, hətta qardaşı Rövşən həyatda olarkən onunla birlikdə şəkil belə çəkdirməyib. Amma bu dəfə mərhum qardaşının yaxın dostları ilə görüşmək onun üçün ölüm-dirim məsələsi olub. Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. Həmzət Qastəmirov bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb. Mənbə onu da bildirib ki, Namiq Canıyev azadlığa çıxandan sonra Azərbaycana deportasiya edilib.

Qeyd edək ki, türk məhkəməsi Canıyevlə birlikdə Hacı Beyləqanskiyə də bəraət verib.скачать dle 11.3

Son xəbərlər