Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Oğlan barda içəndən sonra özünü qatarın altına atıb

09.01.2018 18:07 3 704
Oğlan barda içəndən sonra özünü qatarın altına atıb
İstintaq: Ola bilsin, cavan oğlan sərxoş olduğu üçün platformada müvazinətini saxlaya bilməyərək relsin üstünə yıxılıb

Hüquq-mühafizə orqanları Bakı metrosunun "Ulduz" stansiyasında özünü qatarın altına atan 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəşad Əlixan oğlu Mustafazadənin hansı şəraitdə intihar etdiyini müəyyənləşdirib.

Qeyd edək ki, hadisə yanvarın 8-də saat 22:10-da baş verib. Nəticədə "Həzi Aslanov"-"İçərişəhər" xəttində qatarların hərəkətində 20 dəqiqəlik gecikmə baş verib.

Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Mustafazadə Gəncə sakini olsa da, Bakıda yaşayırmış. İntihardan iki saat əvvəl cavan oğlan Bakının Nəsimi rayonu ərazisində yerləşən "Sport Pub" barında olub. O, orada bir miqdar spirtli içki qəbul edib. Sonra taksi sifariş edərək "Ulduz" stansiyasına qədər gedib. "Ulduz"da Mustafazadə metroya düşüb və özünü qatarın altına atıb.

İstintaq hadisənin təsadüfi olduğunu istisna etmir. Ola bilsin, cavan oğlan sərxoş olduğu üçün platformada müvazinətini saxlaya bilməyərək relsin üstünə yıxılıb. İstintaq zamanı valideynlərinin verdiyi izahata görə, Mustafazadə psixi çatışmazlıqdan əziyyət çəkirmiş. Buna görə də, Bakıdakı 1 saylı psixiatrik klinikada qeydiyyatda imiş.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü oldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.скачать dle 11.3

Son xəbərlər