Müəllimləri hansı böyük dəyişikliklər gözləyir? – təhsillə bağlı diqqətçəkən AÇIQLAMA
5 oktyabr Azərbaycanda müəllimlərin əməyinin xüsusi qeyd edildiyi gündür. Bu gün minlərlə müəllim təbrik olunur, onların təhsildəki rolu və yetişməkdə olan nəslin formalaşmasındakı əhəmiyyəti bir daha xatırlanır. Bununla yanaşı, Müəllimlər Günü məktəblərdə kadr təminatı məsələsini də gündəmə gətirir. Belə ki, bəzi fənlər üzrə müəllim çatışmazlığı hələ də aktual olaraq qalır.
Bəs Azərbaycanda hazırda hansı fənlər üzrə müəllim çatışmazlığı daha çox hiss olunur və məktəblərin ən çox hansı fənlərin müəllimlərinə ehtiyacı var?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Median.Az-a açıqlamasında deyib ki, “müəllim” sözü ərəb mənşəlidir və “elm öyrədən” deməkdir:
“Azərbaycan müəllimi isə yüzilliklərdir davam edən təlim, tədris və maarifləndirmə prosesində bu adın necə yüksək, uca və şərəfli bir ad olduğunu sübut edibdir. Bu gün də “müəllim” qədər şərəfli ad yoxdur. Çünki müəllim ayrı-ayrılıqda müxtəlif auditoriyalarda müxtəlif fənləri tədris etsə də, ümumilikdə cəmiyyətin müəllimidir. Biz hər birimiz sosial münasibətlər sistemində, hüquqi münasibətlərdə, cəmiyyətdəki davranışlarımızda, dövlətə və vətənə münasibətimizdə müəllimlərimizin yetirmələriyik. Hazırda bir çox sahələrdə olduğu kimi, müəllim peşəsi sahəsində də yeni üfüqlər açılıbdır, yeni imkanlar yaranıbdır. Biz texniki inkişafın elə bir mərhələsinə qədəm qoymuşuq ki, bilik mənbələrinə çatmaq, müxtəlif qaynaqları əldə etmək, onları analiz və sintez üsulları ilə təhlil etmək, real nəticələrə gəlmək çox asanlaşıbdır. Bu istiqamətdə, əlbəttə ki, müəllimlər kompas rolunu oynayırlar. İndiki mərhələdə elmin və gələcəyin yeni üfüqləri kontekstində yeni peşələr, yeni fənlər və yeni ixtisaslar yaranır. Mənə elə gəlir ki, bunların başında kompüter mühəndisliyi, nanotexnologiyalar mühəndisliyi, süni intellekt üzrə mütəxəssislər yetişdirmək üçün ixtisaslar, tibbin genetika və digər müasir istiqamətləri dayanır”.
Deputat qeyd edib ki, bu sahələr üzrə yeni peşə sahiblərinə ehtiyac var:
“Bunun təməli isə kimya, biologiya, riyaziyyat kimi fundamental elmlərin ilkin mərhələdə öyrənilməsindən keçir. Buna paralel olaraq cəmiyyət dəyişir, dünya dəyişir və hər bir cəmiyyətin idarə olunması üçün yeni ixtisaslar da tədris olunmalıdır. Bunlardan biri sosiologiya, sosial psixologiya, sosial fəlsəfə, ümumi psixologiya, milli psixologiya, etnologiya kimi sahələrdir. Bu istiqamətlər üzrə də bizə yaxşı peşəkar müəllimlər lazımdır. Çünki dövlət idarəçiliyində yeni metodların tətbiqi, daha optimal və səmərəli modellərin yaradılması üçün bu biliklərə ehtiyac var. Bütün bu sahələr üzrə Azərbaycan heç də geridə qalmayacaqdır. Yeni üfüqlər uğrunda mübarizədə Azərbaycan müəllimi yenə də ön sıralarda olacaqdır”.
Aysel