Mojo.az Banner
18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |     13:56 İşsiz qaldınızsa, bu qayda dəyişə bilər: Yeni TƏKLİF gündəmdə  |     13:40 Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqladı  |     13:03 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır"  |     12:45 Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi  |     12:45 Azərbaycan neftinin qiyməti 127 dolları keçib  |     12:13 Avtoxuliqanlıq edən sürücü həbs olundu  |     11:13 Hərbi çağırışdan boyun qaçıran iki nəfər barəsində cinayət işi başlanıb  |     22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

03.09.2026 11:20 282
4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb
Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlıq yaradıb.

Florida Səhiyyə Departamentinin məlumatlarına görə, 2025-ci ildə ştatda 39 cüzam halı qeydə alınıb. 2026-cı ildə isə indiyədək daha 19 yeni hal aşkarlanıb.

Cüzam Mycobacterium leprae bakteriyasının törətdiyi xroniki infeksion xəstəlikdir. Əsasən dəri, periferik sinirlər və selikli qişaları zədələyir. Minilliklərdir insanlara məlum olan bu xəstəlik müasir dövrdə də tamamilə yox olmayıb. 

Bununla belə, cüzam qrip və ya COVID-19 kimi asanlıqla yayılan xəstəlik deyil. Mütəxəssislərin məlumatına görə, insanların böyük əksəriyyətində xəstəliyə qarşı təbii müqavimət var. Yoluxma üçün adətən müalicə almayan xəstə ilə uzunmüddətli və yaxın təmas tələb olunur. Müasir antibiotik müalicəsi ilə xəstəliyi sağaltmaq mümkündür.

Bəs Azərbaycanda vəziyyət necədir?

Azərbaycanda cüzam olduqca nadir rast gəlinən xəstəliklər sırasındadır. Rəsmi statistikada son illərdə ölkədə cüzam diaqnozu ilə qeydiyyatda olan şəxslərin sayının təxminən 10 nəfər ətrafında olduğu göstərilib. Bu rəqəm hər il 10 nəfərin cüzama yeni yoluxması demək deyil – söhbət həmin dövrdə cüzam diaqnozu ilə tibbi qeydiyyatda olan xəstələrdən gedir.

Səhiyyə Nazirliyinin daha əvvəl açıqladığı məlumatda isə ölkədə ümumilikdə 15 cüzam xəstəsinin olduğu bildirilmişdi. Müxtəlif rəqəmlərin göstərilməsi məlumatların ayrı-ayrı dövrlərə aid olması və statistik göstəricilərin fərqli meyarlarla – qeydiyyatda olan və tibbi nəzarətdə saxlanılan xəstələr üzrə təqdim edilməsi ilə bağlıdır.

Müqayisə üçün, 1990-cı ildə Azərbaycanda cüzam xəstələrinin sayı 80 nəfər olub. Sonrakı onilliklərdə xəstəliyin yayılması kəskin şəkildə azalıb.

Azərbaycanda cüzam xəstələrinin müalicəsi və nəzarəti üçün ayrıca ixtisaslaşmış tibb müəssisəsi – Respublika Leproz (Cüzam) Xəstəxanası fəaliyyət göstərir. Xəstələr və onlarla yaxın təmasda olmuş şəxslər tibbi nəzarətdə saxlanılır.

/"Bakupost"
скачать dle 11.3
Mojo.az Banner