Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Hər gün banan yemək təhlükəlidir? - Mütəxəssisdən CAVAB

25.08.2026 11:33 348
Hər gün banan yemək təhlükəlidir? - Mütəxəssisdən CAVAB
Bəzi insanlar bananı həddindən artıq yeməkdən çəkinməlidirlər.

Diyetoloq Malina Malkani bu barədə "Parade" nəşrinə müsahibəsində danışıb.

O, hansı insanların banan qəbul edərkən daha diqqətli olmalarının vacibliyini açıqlayıb.

Malina Malkaninin sözlərinə görə, terminal mərhələdə böyrək çatışmazlığı olan insanlar bananı həddindən artıq yeməməlidirlər. Bunun əsas səbəbi meyvənin tərkibində yüksək miqdarda kaliumun olmasıdır.

Diyabeti olan insanlar da banan qəbul edərkən ehtiyatlı olmalıdırlar. Çünki bananın tərkibində təbii şəkərlər mövcuddur və onun miqdarı bananın yetişmə dərəcəsindən asılı olaraq dəyişə bilər.

Diyetoloq qıcıqlanmış bağırsaq sindromu olan insanlara isə yetişmiş banan əvəzinə daha yaşıl, tam yetişməmiş banan seçməyi məsləhət görüb.

Mütəxəssis, bu xəstəlikləri olmayan insanlar üçün gündə bir banan yeməyin, ümumiyyətlə, təhlükəsiz olduğunu bildirib. Bununla yanaşı, o, qida rasionunun müxtəlif olmasının vacibliyini də vurğulayıb.

"Bağırsaqdakı faydalı bakteriyaların fəaliyyəti üçün müxtəlif mənbələrdən lif qəbul etmək lazımdır. Hər gün eyni qidaları, hətta sağlamlıq üçün faydalı olan banan kimi məhsulları belə, qəbul etmək qida rasionunun kifayət qədər müxtəlif olmamasına və bəzi qida maddələrinin çatışmazlığına səbəb ola bilər", - deyə diyetoloq xəbərdarlıq edib.
//oxu.az

Son xəbərlər