Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |    
Mojo.az Avto
Mojo.az Avto

Somali piratları Pakistan dənizçiləri üçün milyonlarla dollarlıq fidyə tələb etdilər

20.08.2026 20:57 522
Somali piratları Pakistan dənizçiləri üçün milyonlarla dollarlıq fidyə tələb etdilər
Somali piratları sahillərdə qaçırılan "Honour 25" neft tankerindəki 10 Pakistan dənizçisinin azad edilməsi üçün milyonlarla dollar fidyə tələb edirlər.

Bu barədə "Hiiraan Online" portalı məlumat verib.

Jurnalistlərin məlumatına görə, tələb olunan fidyənin məbləği 3 milyon dollardır.

Qeyd edək ki, piratlar bu il iyulun 25-də Fars körfəzindən Somaliyə gedən "Honour 25" tankerini ələ keçiriblər. Hadisə Somali sahillərindən təxminən 50 kilometr aralıda, Berbera və Moqadişo şəhərləri arasında baş verib. 18 500 ton yanacaq daşıyan gəminin göyərtəsində Hindistan, İndoneziya, Myanma, Pakistan və Şri-Lanka vətəndaşlarının da olduğu 17 dənizçidən ibarət ekipaj olub.

Girov götürülən dənizçilər daha əvvəl kömək üçün müraciət edərək içməli su, qida və dərman çatışmazlığı barədə məlumat veriblər. Onların sözlərinə görə, uzun müddət girovluqda qalmaq və lazımi dərmanların olmaması səbəbindən bəzi ekipaj üzvlərinin səhhəti pisləşib.

Pakistan hakimiyyəti isə bəyan edib ki, vətəndaşlarının azad edilməsi üçün diplomatik səylər göstərir və Somali hakimiyyəti ilə də təmasdadır. Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar daha əvvəl dənizçilərin vətənlərinə qaytarılması üçün işlərin sürətləndirilməsini tapşırıb.

Yerli KİV qeyd edib ki, baş verən hadisə 2011-ci ildən bəri Somali sahillərində piratçılığın ilk nəzərəçarpacaq artımının əlaməti ola bilər. Həmin vaxt beynəlxalq koalisiyanın fəaliyyəti piratların aktivliyini əhəmiyyətli dərəcədə azaltmağa imkan vermişdi.

Son xəbərlər