Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:27 Axtarışda olan 156 nəfər saxlanılıb | 18:20 BMW 720 mindən çox avtomobili geri çağırır | 18:14 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat | 17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?

03.08.2026 21:02 426
Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?
Yay mövsümü başlayandan istirahət mərkəzləri, hotellər və turizm zonaları daha çox ziyarətçi qəbul edir. Xüsusilə həftəsonları ailələrin əksəriyyəti şəhərin səs-küyündən uzaqlaşaraq bir günlük və ya qısa müddətli istirahətə üstünlük verir. Lakin istirahət planı qurmazdan əvvəl hər kəsi düşündürən əsas sual eynidir:

Bir günlük istirahət ailə büdcəsinə neçəyə başa gəlir?

Bizim.Media əməkdaşının araşdırması nəticəsində məlum olub ki, qiymətlər seçilən məkan, nəqliyyat vasitəsi, hotelin səviyyəsi, qidalanma və əlavə əyləncə xidmətlərindən asılı olaraq dəyişsə də, orta hesabla dörd nəfərlik ailə üçün xərclər heç də az deyil.

İstirahətin, səyahətin ilk xərci yol xərcidir. Əgər ailə şəxsi avtomobillə Qəbələ, Şamaxı, Quba, Şəki və ya digər turizm bölgələrindən birinə yollanırsa, yanacaq və yol xərcləri təxminən 30-70 manat arasında dəyişə bilər. Avtomobilin yanacaq sərfiyyatı və gedilən məsafə bu məbləğə birbaşa təsir edir. Şəxsi avtomobili olmayanlar isə taksi və ya avtobus xidmətlərindən istifadə etdikdə nəqliyyat xərci dəyişə bilər.

İstirahətin əsas xərci isə yerləşmə ilə bağlıdır.

Azərbaycanın bölgələrində fəaliyyət göstərən hotellərdə bir gecəlik qiymətlər 100-400 manat arasında dəyişir. Həftəsonu və bayram günlərində qiymətlər daha yüksək olur. Həmçinin, hotellərdən əlavə, xüsusi evlər də mövcuddur. Onların qiyməti isə daha yüksəkdir.

İstirahət zamanı qidalanmaq məsələsinə gəldikdə isə mövsümdən asılı olaraq bölgə restoranlarında, xüsusiolə, spesifik təamlar daha baha təklif olunur. Bəzi hallarda qidalanmanı hotel daxilində etmək mümkündür ki, bu da hotelin qiymətini artırır. Dörd nəfərlik ailənin restoran və ya istirahət mərkəzində səhər yeməyi, nahar və axşam yeməyi üçün orta hesabla 150-350 manat xərcləməsi mümkündür.

Bir günlük bölgə istirahətində muzey, abidə ziyarəti və əyləncə məkanlarını da hesablasaq xərc 350-900 manat arasında dəyişəcək.

Son xəbərlər