Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:40 Tramp ilə ilk dəfə onlarla üçtərəfli görüş keçirəcək | 18:32 Bazar gününə olan hava proqnozu | 18:27 Axtarışda olan 156 nəfər saxlanılıb | 18:20 BMW 720 mindən çox avtomobili geri çağırır | 18:14 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat | 17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Prokurorluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir

03.08.2026 19:39 336
Prokurorluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir
“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə əsasən Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün 30 ştat vahidi üzrə 14.04.2026-cı il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənədlərin elektron qaydada qəbulu prosesi davam etdirilir.

Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Azərbaycan Respublikası Baş Prokurorluğunun (https://hr.genprosecutor.gov.az/) internet səhifəsi vasitəsilə müraciət edib qeydiyyatdan keçərək müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər.

Namizədlər müsabiqə ilə bağlı ətraflı məlumatı (https://genprosecutor.gov.az/az/post/9217) linkinə daxil olmaqla əldə edə bilər.

Sənədlərin qəbulunun başa çatacağı tarix, test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında məlumat veriləcəkdir.

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

Son xəbərlər