Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır

03.08.2026 11:22 543
Magistraturaya qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır
Bu gün magistraturaya qəbul olunanların qeydiyyatı başlayır.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, magistraturaya qəbul olunan şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək my.gov.az portalı üzərindən elektron qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçməyən şəxslərin bu ixtisas üzrə təhsil almaqdan imtina etdiyi hesab olunacaq və onların adları qəbul olunanların siyahısından çıxarılacaq.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı barədə məlumat isə DİM tərəfindən daha sonra elan ediləcək.

Son xəbərlər