Mojo.az Banner
18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |    
Mojo.az Avto
Mojo.az Avto

Həmin görüntülər araşdırıldı, sürücülərlə bağlı tədbir görüldü (Video)

01.08.2026 17:20 279
Həmin görüntülər araşdırıldı, sürücülərlə bağlı tədbir görüldü (Video)
Bakının Xəzər rayonu ərazisində, Zuğulba-Bilgəh istiqamətində velosiped zolağında nəqliyyat vasitələrinin qanunsuz park edilməsi ilə bağlı yayılan görüntülər üzrə polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Bakı şəhər DYPİ-dən bildirilib ki, yol hərəkəti qaydalarını pozaraq velosiped zolağında dayanma və parklanma edən sürücülər müəyyən olunub.

Həmin sürücülər barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.

Sürücülərin diqqətinə bir daha çatdırılır ki, velosiped zolaqları yalnız velosipedlərin təhlükəsiz hərəkəti üçün nəzərdə tutulub.

Bu zolaqlarda nəqliyyat vasitələrinin saxlanılması və ya park edilməsi yolverilməzdir və bu kimi hallara qarşı nəzarət tədbirləri davam etdirilir.

Qeyd edək ki, Zuğulba ilə Bilgəh qəsəbələrini birləşdirən yolda salınmış velosiped zolağının avtomobillər tərəfindən zəbt edilməsi ilə bağlı görüntülər yayılıb.

Velosiped həvəskarlarının sözlərinə görə, sanatoriyaların və istirahət mərkəzlərinin olduğu istiqamətdə, yolun sağında velosipedçilər üçün salınmış xüsusi zolaq parkinqə çevrilib.скачать dle 11.3
Mojo.az Banner