"Peşəsinə və istedadına xəyanət edənlərin maskası yırtılacaq" - Əli İsa Cabbarov
Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) səsvermə zamanı Əli İsa Cabbarov sədr seçilsə də, rəhbərlik ətrafında yaranmış vəziyyət hələ də müzakirə mövzusudur. Təşkilatda yeni sədrin seçilməsi prosesi ilə bağlı fikir ayrılığı, konfransın keçirilməsi, kvorum məsələsi və Ədliyyə Nazirliyinin mövqeyi ətrafında müxtəlif açıqlamalar səslənir. AKİ-nin icraçı katibi Əli İsa Cabbarov son müsahibəsində ona təzyiqlər göstərildiyini, İdarə Heyətinin yeni iclasının keçirilməsinin vacibliyini və təşkilatın rəhbərsiz qalmasının hüquqi risklər yarada biləcəyini bildirib.
Mövcud vəziyyətin detalları və qarşıdakı proseslərlə bağlı Əli İsa Cabbarov Median.Az-ın suallarını cavablayıb.

— Son açıqlamanızda sizə namizədliyinizi geri götürməyiniz üçün təzyiq edildiyini bildirmisiniz. Bu təzyiqlər konkret olaraq kimlər tərəfindən və hansı formada göstərilib?
— Bizə təzyiq edənlər konfrans öncəsi feyk imzaları və bəyanatı təşkil edən idarə heyətinin üzvləridir. Onlar şantaj yolu ilə ittifaqının üzvlərinin konfransa gəlməyinə mane olurlar. Və yetərsayı pozdular.
— Şəfiqə Məmmədova və onun tərəfdarları ilə kompromis əldə etmək üçün hazırda hər hansı danışıqlar aparılırmı?
— Heç bir tərəflə danışıqlara ehtiyac yoxdur. Nizamnaməmizə uyğun olaraq, sədr dünyasını dəyişəndən sonra tez bir zamanda seçkilər keçirilməlidir. İdarə heyətinin qərarı ilə 25-i tarixində keçirilmiş konfransda yetərsay olmadı və yeni konfrans keçirilməlidir. Nizamnamə sədr seçkisi tələb edir və sədr seçkisi keçirilməlidir.
— Yeni seçki keçiriləcəyi təqdirdə nəticənin əvvəlkindən fərqli olacağını düşünürsünüzmü? İkinci seçkidə ədalətsizliyə yol verilə bilərmi?
— İkinci dəfə keçiriləcək seçkinin qalibi kim olacaqsa, bunun heç bir fərqi yoxdur. Əsas odur ki, yetərsay olsun və seçki şəffaf keçirilsin. Kim qalib gələcəksə, bütün namizədlər onu təbrik etməlidir. Əsas odur ki, heç kim nizamnaməyə və təşkilatın maraqlarına zidd olaraq yetərsayı pozmasın. Konfrans üçdə bir üzvlərin sayı və idarə heyətinin qərarı ilə çağırıla bilər. Bu günlərdə idarə heyətinin keçirilməsinə mane olunur və yetərsayı pozmaq cəhdləri var.
— Mübahisələrin Azərbaycan kinosunun inkişafına və AKİ-nin gündəlik fəaliyyətinə hansı mənfi təsirləri ola bilər?
— Bu situasiya birbaşa Azərbaycan kinosunun inkişafına və AKİ-nin gündəlik fəaliyyətinə mənfi təsir göstərir. Çünki biz təhsil layihələrimizi kifayət qədər həyata keçirə bilmirik. Eyni zamanda filmlərə dəstək də göstərə bilmirik. Həmçinin tədbirlərimizin sayı azalıb. Çünki sədr səlahiyyətli şəxs yoxdur. Maliyyə məsələləri də səngiyib. Bununla yanaşı vergi səhifəmiz də bağlanıb. Əmək müqavilələrini yeniləyə bilmirik. Ona görə də növbəti mərhələ bank hesabının bağlanmasıdır.
—Mədəniyyət Nazirliyindən hansı konkret addımları gözləyirsiniz?
— Mədəniyyət Nazirliyi tərəfindən bu məsələnin diqqətlə izlənildiyini hiss edirik. Onların bu məsələnin tezliklə həll yolunu tapmasında maraqlı olduqlarını görürük. Mən onlara minnətdaram.
— Ədliyyə Nazirliyinin mövcud vəziyyətlə bağlı mövqeyi AKİ-nin gələcək fəaliyyətinə necə təsir edəcək?
— Ədliyyə Nazirliyinin mövqeyini biz şərh etmirik və biz ona tabe oluruq. Biz çalışırıq ki, tezliklə konfrans və yeni seçki keçirilsin. Biz buna çalışırıq. Əks tərəf isə bütün təxribat yolları ilə seçkinin keçirilməsinin qarşısını alırlar. Çünki seçkidə məğlub olacaqlarını bilirlər.
— Sizcə, bu mübahisə Azərbaycan kino ictimaiyyətində parçalanmanı daha da dərinləşdirə bilərmi?
— Bu mübahisə məslək savaşıdır. Və Azərbaycan kinematoqrafçılarının daha da birləşməsinə kömək olacaq. Çünki peşə, istedad, vətən uğrunda çalışan insanlar daha da bir olacaqlar. Peşəsinə və istedadına xəyanət etmiş insanların isə maskaları yırtılacaq.
— AKİ üzvlərinə və kino ictimaiyyətinə bu mərhələdə vermək istədiyiniz əsas mesaj nədir?
— Azərbaycan Kinematoqrafçılar İttifaqının idarə heyətinin üzvlərinə idarə heyətində iştirak etməyə, konfransın tarixi elan edildikdə isə bütün üzvləri bu konfransda iştirak etməyə dəvət edirəm.
Söhbətləşdi:
Dəniz Pənahova
Median.Az