Mojo.az — elanlar
RU
Bakı
RU
Son Xəbərlər
19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur fransalı musiqiçi 50 yaşında vəfat etdi

29.07.2026 15:09 339
Məşhur fransalı musiqiçi 50 yaşında vəfat etdi
Fransanın tanınmış DJ-i və musiqi prodüseri Kavinsi (əsl adı Vensan Belorj) Parisdəki evində ölü tapılıb. Musiqiçinin 50 yaşı var idi.

Onun vəfatı barədə Fransa KİV-ləri Paris Prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, musiqiçinin ölüm səbəbini müəyyənləşdirmək üçün araşdırma başlanılıb.

"Hadisə yerinə ilk gələn əməkdaşlar şübhəli heç bir əlamət aşkar etmədikləri üçün ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma başladılıb", deyə prokurorluq bildirib.

Bildirilir ki, Kavinski avqustun 8-də Dovil yaxınlığında keçiriləcək "Garten on the Beach" festivalının əsas ifaçılarından biri olmalı idi. Festival proqramında elektron musiqi səhnəsinin tanınmış simaları "Bakermat" və "Bellaire" də yer alır.

Kavinski müasir sintveyv janrının əsas nümayəndələrindən biri hesab olunan fransız musiqiçi, DJ və prodüser idi. Onun yaradıcılığı elektron musiqini 1980-ci illərin filmləri və videooyunlarından ilhamlanan retro estetika ilə birləşdirirdi. Bu üslub onun əsərlərinə neon işıqları, gecə magistralları və futuristik ab-hava ilə seçilən fərqli səslənmə qazandırmışdı.

Musiqiçiyə dünya şöhrətini 2011-ci ildə Rayan Qoslinqin baş rolda oynadığı "Drive" filminin saundtrekinə daxil edilən "Nightcall" bəstəsi qazandırıb. Mahnı sintveyv janrının ən məşhur əsərlərindən birinə çevrilərək "Kavinsky"ni bu musiqi istiqamətinin aparıcı simalarından biri kimi tanıdıb.

Onun digər məşhur əsərləri arasında "Testarossa Autodrive", "ProtoVision", "Roadgame" və "The Weeknd" ilə birgə hazırladığı "Odd Look" yer alır.

Kavinski 2013-cü ildə debüt albomu "OutRun"u təqdim edib. Albom atmosferik, kino üslubunu xatırladan səslənməsi və güclü vizual konsepsiyası ilə müsbət rəylər alıb. Uzun fasilədən sonra o, 2022-ci ildə "Reborn" albomu ilə səhnəyə qayıdıb.

Karyerası ərzində bir çox beynəlxalq tədbirlərdə çıxış edən musiqiçi 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimində də səhnə alıb.
//qaynar.az

Son xəbərlər