Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sabah bəzi ərazilərdə qaz kəsiləcək

30.06.2026 21:37 852
Sabah bəzi ərazilərdə qaz kəsiləcək
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

Bu barədə "Azəriqaz" İB məlumat yayıb.

"Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar 01.07.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Keşlə qəsəbəsinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Yeni Sahənin, Subtropik Sovxozun, Konserv zavodunun və Daş Karxanasının qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.

Son xəbərlər