Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qiyməti ucuz, yoxsa keyfiyyəti zəif? Sosial evlərlə bağlı həqiqətlər

20.06.2026 10:03 432
Qiyməti ucuz, yoxsa keyfiyyəti zəif? Sosial evlərlə bağlı həqiqətlər
Əgər Bakıda zəlzələ baş verərsə, paytaxt sakinlərini düşündürən əsas suallardan biri yeni tikili binaların mümkün güclü yeraltı təkanlara nə dərəcədə davamlı olmasıdır. Xüsusilə son illərdə inşa edilən sosial yaşayış kompleksləri ilə bağlı keyfiyyət problemləri, tikinti qüsurları və sakinlərin narazılıqları bu narahatlığı daha da artırır. Qiymət baxımından əlçatan hesab edilən bu binalar bir çox ailə üçün cəlbedici seçim olsa da, bəzi sakinlər sonradan tikilinin keyfiyyəti ilə bağlı problemlərlə üzləşdiklərini bildirirlər.

Bəs Bakıda güclü zəlzələ baş verərsə, yeni tikili binalar, o cümlədən sosial yaşayış kompleksləri nə qədər dayanıqlı ola bilər?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, yeni binanın ucuz olması o demək deyil ki, bu bina keyfiyyətsiz tikilib.

A. Nəsirovun sözlərinə görə, bəzi işbazlar, şirkət və ya MTK şişirdilmiş qiymətlə mənzili satmadıqda, digər şişirdilmiş qiymətlərlə satış həyata keçirənlər söz-söhbət yayırlar.

Nəsirov əlavə edib ki, bu söz-söhbətləri dedi-qodu kimi qiymətləndirmək olar. Onlar öz şişirdilmiş qiymətlərini əsaslandırmaq üçün bu yola əl atırlar. Əslində, heç də belə deyil. Bütün tikintilər, layihələr Şəhərsalma və Memarlıq İdarəsi tərəfindən yoxlanılır və xüsusi rəylər verilir. Əgər yoxlama zamanı nöqsanlar varsa, təsdiq edilmir və layihə şirkətə geri verilir. Problemlər aradan qaldırıldıqdan sonra yenidən layihə quruma təqdim edilir.

A. Nəsirov qeyd edib ki, binanın üzünə bəzən ağlaya, bəzən izə suvaq vurulur. Üzünün bəzəkli olması binanın içinin heç də yaxşı olması demək deyil. Və ya üzünün suvaq olması binanın içinin keyfiyyətsiz olduğuna dəlalət etmir. Binanı ayaqda saxlayan əsasən "armatur", beton arakəsmələr və betok kalonlar əsas götürülür.
Eyni zamanda, binanın dərinliyi, mərtəbə sayı, hündürlüyü, tikinti normativləri əsasında formalaşır.

Sosial evlərin ucuzluğundan bəhs edən mütəxəsis bildirib:

"Adından da göründüyü kimi bu binalar sosial evlərdir. Həmin binalar qazanc üçün nəzərdə tutulmayıb. Bu binalar aztəminatlı ailələr və ya dövlət tərəfindən xüsusi imtiyaz verilmiş şəhid ailələrinə, qazilər və digər kateqoriyada olan xüsusi insanlara yardım məqsədilə həyata keçirilir. Həmin binalar adətən şəhərdən bir az kənarda, torpağın baha olmadığı ərazilərdə tikilir".

Sökülən həyat evlərinə və binalara da toxunan ekspert qeyd edib:

"Şəhərin mərkəzində pilot layihələr çərçivəsində həyata keçirilən həyət evləri və binalarda yaşayan insanların ilk növbədə evləri ölçülür. Daha sonra həmin sökülən ərazinin yerində tikiləcək binadan vətəndaşa yeni mənzilin verilməsi üçün kvadrat müəyyənləşir. Bu zaman da əmlak sahibi ilə tikinti şirkəti arasında razılıq əldə edilir. Mənzil tikilib başa gələnə qədər vətəndaşa kirayə ödənişi də verilir. Buradan da göründüyü kimi tikinti şirkətinin əlavə ödənişləri yaranır. Eyni zamanda məhəllənin abadlaşdırılmasını da əlavə etsək görərik ki, maliyyə dəyəri yüksək başa gəlir".

Ekspert sonda vurğulayıb ki, özəl şirkətlərin məqsədi pul qazanmaqdır. Sosial binaların tikilmə məqsədi isə mənzil ehtiyacı olan insanların evlə təmin edilməsidir. Hərəsinin fərqli-fərqli prinsipləri var. İstr şəhərin mərkəzində özəl şirkət tərəfindən tikilən yeni binalar, istərsə də sosial binalar çərçivəsində tikilən mənzillər Şəhərsalma qurumu tərəfindən qiymətləndirilirvə bütün texniki tərəfləri araşdırılır.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər