Mojo.az Banner
22:31 Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi (FOTO)  |     22:23 Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub oldu  |     22:15 Gilas və alçanın qiyməti nə vaxtdan ucuzlaşacaq? - AÇIQLAMA  |     22:10 Sadıq Sadıqov vəfat etdi  |     22:06 Sosial şəbəkələrdə təhlükəsizlik: Qaydaları pozanları 50 min manatadək cərimə gözləyir  |     21:57 Laçında yeni yaşayış məhəllələri salınır  |     21:52 "ChatGPT"nin fəaliyyətində qlobal nasazlıq yarandı  |     21:46 6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ  |     21:41 Bu yerlərdə parklanma ləğv edildi - SİYAHI  |     21:33 Naxçıvanda ayı oğlana hücum etdi - Video  |     21:27 "iPhone 18 Pro Max" daha nazik olmayacaq  |     21:21 Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib  |     21:14 Azərbaycanlı bloggerlər Tailandda ağır qəzaya düşdü  |     21:09 Mobil telefonlar 40 faiz bahalaşacaq – SƏBƏB  |     21:02 Cərimə ballarının artırılması təklif olunur: Hansı sürücülərə şamil oluna bilər?  |     20:57 Azərbaycanda iqlimlə bağlı yeni qanun hazırlanır  |     20:49 İş yerindən 6 ton metal avadanlıq oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı  |     20:44 Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti bilindi  |     20:36 Radiator və kabel oğurladılar, məhkum oldular  |     20:31 Avtobusda yer mübahisəsi: Qadın-kişi qarşıdurması haradan qaynaqlanır?  |    
Left Banner
Right Banner

Əmlaklarına həbs qoyulanların NƏZƏRİNƏ!

05.06.2026 19:43 102
Əmlaklarına həbs qoyulanların NƏZƏRİNƏ!
Əmlakı üzərinə həbs qoyulan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən təqsirləndirilən şəxs olmayan, lakin əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan fiziki şəxs məlum olan sonuncu yaşayış yeri, hüquqi şəxs isə yerləşdiyi ünvan üzrə cinayət prosesini həyata keçirən orqan tərəfindən bildiriş göndərilməklə məlumatlandırılacaqlar.

Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 99-1.1-ci maddəsində şəxsin göstərilən müraciətinə əsasən 3 (üç) gündən gec olmayaraq onun əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cinayət prosesinə cəlb edilməsi barədə qərar qəbul edəcək.

Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirəcək:

- cinayət işinə əlavə edilməsi və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

- etirazlar etmək və vəsatətlər vermək;

- birinci ve apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

- qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında və cinayət işi materiallarının tədqiqində iştirak etmək, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə öz etirazını bildirmək;

- məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

- nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

- ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək;

- cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə həmin qərarların surətlərini almaq;

- əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs qismində cəlb edilməsi barədə qərarın çıxarılıb- çıxarılmamasından asılı olmayaraq, xüsusi müsadirəni və ya mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulmasından məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə xüsusi müsadirənin tətbiq olunması, mülki iddianı təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması hissəsində məhkəmənin hökmü və ya digər yekun qərarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək.

Əmlak üzərinə həbs qoyulması barədə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə qanuni mənafeyinə toxunulan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

- cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

- təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

- məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;

- məhkəmə iclasında qaydaya riayət etmək;

- şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq.

Məsələ səsə qoyularaq I oxunuşda qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner