Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - Video

20.05.2026 20:16 423
Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb.

Median.Az
FHN-ə istinadən xəbər verir ki, Agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonunun Zarağan qəsəbəsində fəaliyyət göstərən, fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək bir sıra pozuntular aşkar edilib.

Belə ki, məntəqədə istismar olunan iki ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi müəyyən olunub.

Həmçinin maye qaz çənləri üzərində quraşdırılmış qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə edilən rezin-parça qolların, eləcə də digər avadanlıqların dövri yoxlanılmadığı məlum olub.

Bundan başqa, maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi də aşkarlanıb.

Aşkar olunmuş nöqsanların aradan qaldırılmasının mümkün olmadığı və onların insan həyatı üçün təhlükə yaratdığı nəzərə alınaraq Agentliyin əməkdaşları tərəfindən məntəqənin istismarı dayandırılıb.

Pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Son xəbərlər