Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?

25.04.2026 20:22 525
Müəllimlərin işə qəbulu: 60 manatlıq ödənişin səbəbi nədir?
"Bəlkə də bu ödənişlər indiki şərait üçün yüksək görünə bilər, amma bu model Dövlət İmtahan Mərkəzinin (DİM) dəyərləndirməsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ödənişin 60 manat müəyyənləşdirilməsini şərh edərkən deyib.

O bildirib ki, məsələ Milli Məclisdə müzakirə olunarkən Elm və Təhsil Nazirliyinə müsabiqənin qiymətləndirmə hissəsinin müəyyənləşdirilməsi ilə bağlı tövsiyə verilib.

Məzahir Məmmədlinin sözlərinə görə, nazirlik hələ parlament müzakirələri zamanı bu normativin Dövlət İmtahan Mərkəzinin (DİM) təcrübəsinə əsaslanacağını açıqlayıb:

"Nazirlik bildirmişdi ki, müəyyən ediləcək normativ DİM-in təcrübəsinə əsaslanacaq. DİM imtahanlarda hansı xərcləri əsas götürürsə, Elm və Təhsil Nazirliyi də həmin modelə uyğunlaşacaq. Buna görə də müəllimlərin işə qəbulu müsabiqəsində 60 manatlıq ödəniş məbləği müəyyən edilib".

Ekspertin sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə artıq Dövlət İmtahan Mərkəzinin imtahan standartları ilə eyniləşdirilib:

"Zal, kompüter, nəzarətçi - hamısı eynidir. Ümumi xərclər nə qədərdirsə, Elm və Təhsil Nazirliyi də bu xidmətləri həmin modelə uyğun təqdim edir. Burada əsas məqsəd ondan ibarətdir ki, bəzən namizədlər imtahan verib sonradan müsabiqədə iştirak etmirlər".

Məzahir Məmmədli əlavə edib ki, ödənişli sistemin tətbiqində məqsədlərdən biri də bu kimi halların qarşısını almaqdır:

"Bəzi namizədlər qeydiyyatdan keçsələr də, sonradan müsabiqəyə qatılmırlar. Məsələn, 75 min nəfər müraciət edir, amma 60 min nəfər iştirak edir. Nəticədə 15 min nəfər üçün çəkilən xərc boşa gedir".

Son xəbərlər