Mojo.az Banner
19:30 COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  |     19:14 8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək  |     18:57 Tanınmış bloqerin keçmiş həyat yoldaşı həbs edildi - Səbəb  |     18:44 Rusiya TRIPP layihəsində iştirak etməyə hazırdır  |     18:38 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza  |     18:32 Qusarda vəhşi heyvanlar üç nəfərə xəsarət yetirib  |     18:28 Saleh Səmədova hökm oxundu  |     18:26 Uşaqlarının gözü qarşısında silah istifadə edən reper karyerası barədə qərar verdi  |     17:20 Lavrov Azərbaycana təşəkkür etdi  |     17:19 Milli Məclisin sədri Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb  |     16:47 Nəsimi Musayevin atası: "Ən böyük arzum oğlumla danışmaqdır"  |     16:42 Nazirliyin bölmə rəisi rüşvət verməyən şəxsi evsiz qoyub - Məhkəmə  |     16:39 Bakıda maşını xarab olan sürücü həbs olundu  |     16:34 Azərbaycan üçün yeni mərhələ: AQEM sammiti hansı fürsətləri yaradır?  |     16:26 Laos prezidenti Azərbaycanın regional rolundan danışdı  |     16:20 Ətin qiyməti ilə PİS XƏBƏR – Yaxın zamanda...  |     16:17 Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər  |     16:15 Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi  |     16:08 “Ailə məsələsidir” deyib susmayın: Tanınmış psixoloqdan xəbərdarlıq  |     16:05 Qırğızıstan Azərbaycanın AQEM-də sədrliyinin uzadılması təşəbbüsünü dəstəkləyir  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabah intensiv yağış yağacaq: Subasma ehtimalı var

27.03.2026 13:31 810
Sabah intensiv yağış yağacaq: Subasma ehtimalı var
Azərbaycanda martın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yağıntıların şərq rayonlarında güclü olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 11-16° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.скачать dle 11.3
Mojo.az Banner