Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Nuranə anama dedi ki, "oğlunuzu atamla birlikdə öldürmüşük, gəlin meyitini aparın" - Məhkəmə işi

17.03.2026 20:14 600
Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və qızı Nuranə Məhərrəmovanın cinayət işi üzrə növbəti iməhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda qətlə yetirilən Ədil Məhərrəmovun qardaşı Vuqar Məhərrəmov şahid qismində ifadə verib.

"İşdə idim, dedilər ki, qardaşına nəsə olub. Sonra bildim ki, qətlə yetirilib. Çıxdım getdim ora. Nuranə ilə münasibəti çox pis olub. Nuranə həmişə ona hədə-qorxu gəlib. Qardaşım öləndən sonra, Nuranə zəng edib anama təhqiramiz ifadələrlə "oğlunuzu atamla birlikdə öldürmüşük gəlin meyitini aparın" deyib. Bununla yanaşı Nuranə anamı da öldürəcəyi ilə hədələyib".

Şahidin ifadəsinə müdaxilə edən anası da Nuranənin ona zəng edərək hədə-qorxu gələrək növbəti dəfə onu da öldürəcəyini deyib. Zərərçəkənin hüquqi varisi bununla yanaşı bildirib ki, oğlu Ədil ona zəng edərək yol pulu istəyib ki, Nuranənin yanına getsin. Anası bunun səbəbini Ədildən soruşduqda isə o bunu Nuranənin onu ölümlə təhdid etməsi ilə əsaslandırıb.

Növbəti proses martın 31-nə təyin edilib.

Qeyd edək ki, Nuranə Məhərrəmova, atası Nəcəf Qafarovla birlikde keçmiş ərini qətlə yetirməkdə təqsirləndirilirlər.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə 2025-ci il aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
//unikal.az

Son xəbərlər