Ağdaşda 76 yaşlı kişinin meyiti tapıldı
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Cüvə kəndi ərazisində baş verib.
Belə ki, 1950-ci il təvəllüdlü Ənvər Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisindəki kanaldan tapılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
