Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın hərbi qulluqçuları Türkiyədə ixtisasartırma kursunu uğurla başa vurublar

29.01.2026 19:36 705
Azərbaycanın hərbi qulluqçuları Türkiyədə ixtisasartırma kursunu uğurla başa vurublar
Azərbaycanın Hərbi Hava Qüvvələrinin 3 nəfər hərbi qulluqçusu Türkiyənin Ərzurum şəhərində təşkil olunan xilasetmə təlimlərində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən bu təlimlər çərçivəsində şəxsi heyət çətin təbii şəraitdə fəaliyyət bacarıqlarını artırıb.

Azərbaycanın hərbi qulluqçuları "Qış dağçılığı və qış şərtlərində həyatda qalma, yaralının xilas edilməsi" mövzusunda təşkil olunan kursu uğurla tamamlayaraq müvafiq bilik və praktiki vərdişlərə yiyələniblər.

Təlimlər zamanı qarlı və dağlıq ərazilərdə hərəkət, ekstremal hava şəraitində sağ qalma, yaralılara ilkin tibbi yardımın göstərilməsi, eləcə də onların təhlükəsiz şəkildə təxliyəsi üzrə praktiki məşğələlər icra olunub.

Bu kimi ixtisasartırma kursları şəxsi heyətin sərt iqlim və mürəkkəb relyef şəraitində peşə hazırlığının gücləndirilməsinə, axtarış-xilasetmə əməliyyatları zamanı operativliyin və effektivliyin artırılmasına, eyni zamanda hərbi qulluqçuların bilik və bacarıqlarının beynəlxalq təcrübə əsasında daha da inkişaf etdirilməsinə xidmət edir.скачать dle 11.3
Mojo.az Banner