Mojo.az Banner
21:32 Restoranın çirkab suları arxa axıdılıb - Sahibkara 800 manat cərimə  |     21:23 Alena Əliyeva Auitizm Mərkəzində - FOTOLAR  |     21:18 Maştağadakı qətlin TƏFƏRRÜATI: Qadının əri də çoxsaylı bıçaq zərbələri ilə öldürülübmüş  |     21:12 Bakının mərkəzində hoteldə ölən Cəmil Əliyev VƏZİFƏLİ ŞƏXS İMİŞ  |     21:05 Azərbaycanda keçən ilin oktyabrından indiyədək 27 mindən çox şəxs qrip əleyhinə peyvənd olunub  |     21:00 Azərbaycana raritet avtonəqliyyat vasitələrinin idxalı vergidən azad edilə bilər  |     20:53 Bakı metrosunda qoruyucu şüşə arakəsmələrin tətbiqi imkanları araşdırılır  |     20:48 Babək prospektinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq  |     20:43 Bakı-Astara dəmir yolu xəttində sərnişindaşımalarının mümkün olacağı vaxt açıqlanıb  |     20:37 Bakıda piyadalar və mikromobillik istifadəçiləri üçün yeni layihələr icra ediləcək  |     20:28 Bakıda videomüşahidə kameraları ötən il 2546 yol-nəqliyyat hadisəsini qeydə alıb  |     20:23 Süni intellekt "Hubble" teleskopunun arxivində yüzlərlə kosmik anomaliya aşkar edib  |     20:15 Bakıda köhnə tikililərdə kəskin bahalaşma dövrü başa çatır  |     20:10 İki günlük icazə aldı, amma həbsxanaya qayıtmadı: "Xəstələnmişdim"  |     20:02 Azərbaycan kəndləri boşalır: Şəhərə axının qarşısını necə almaq olar?  |     19:57 63 yaşlı kişi traktoru nakotikin təsiri altında sürdü, həbs edildi  |     19:50 Rusiya təkcə Donbası deyil, daha çox ərazini istəyir - ISW  |     19:45 Xalq rəssamının qızı həbs olundu  |     19:36 Bir illik möhlətə məhəl qoymayan xəstəxana direktoru cərimələndi  |     19:31 "Oktay sağ olsaydı, bugünkü Dilarə ilə fəxr edərdi" - Dilarə Əliyeva (Video)  |    
Left Banner
Right Banner

Azərbaycan kəndləri boşalır: Şəhərə axının qarşısını necə almaq olar?

28.01.2026 20:02 84
Azərbaycan kəndləri boşalır: Şəhərə axının qarşısını necə almaq olar?
Azərbaycan kəndləri boşalır, kəndlərdən şəhərə axın edənlərin sayı sürətlə artmaqdadır. Dünya Bankının məlumatına görə, Azərbaycanda 2021-ci ildən sonra kənddən şəhərə miqrasiyanın dinamikasında artım müşahidə olunub. Həmin ildə əhalinin 51 faizi şəhərlərdə yaşayırdısa, 2024-cü ildə bu göstərici 58 faizdən çox olub.

Azərbaycanda 4200-dən çox kənd var. Onların arasında elə kəndlər var ki, orada bir nəfər, ya da bir ailə yaşayır. Rəsmi açıqlamalara görə, İsmayıllı, Neftçala və Xızının bəzi kəndlərində 1–5 nəfər yaşayır. Təxminən 130 kəndin əhalisi isə 50 nəfərdən azdır.

Kəndlər niyə boşalır? İşləmək, həyat səviyyəsini yüksəltmək üçün paytaxta üz tutan kəndlini şəhərdən kəndinə necə qaytarmaq olar?

İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, kəndlərin boşalmasının obyektiv və subyektiv səbəbləri var:

"Bu tendensiya dünyada da var. İnsanın şəhərdə yaşamaq istəyi onun seçimidir. Orada hər hansı qadağa yoxdur. Dədə-babası kənddə yaşayıb deyə, övladları da kənddə yaşamalıdır kimi bir anlayış yoxdur. Bu ona oxşayır ki, ata dəmirçidirsə, sən də dəmirçi, yaxud da çobandırsa, sən də mütləq çoban olmalısan. Məsələn, İtaliyanı götürək – başdan-başa gözəllikdir. "Ağıllı kənd", "ağıllı şəhər" layihələri ilk dəfə Avropada, İtaliyada yaranıb. Ona görə yaranıb ki, zamanla orada kənddən şəhərə axın çox olub. Fikirləşiblər, necə edək ki, insanlar kənddən şəhərə axın etməsin. Yəni demək istəyirəm ki, kənddən şəhərə axın təkcə Azərbaycanla bağlı deyil”.

Xalid Kərimlinin sözlərinə görə, gənclər əyləncə olan yerə axın edir:

"Bunu da hər kənddə yaratmaq olmur. İnsanlar yaxşı infrastruktur, əyləncəli həyat, sosial xidmətlər istəyir. Bunların hər birinin kənddən şəhərə axında təsiri var. Dövlət idarələri, həyat eşqi şəhərdədir. Universitetdə oxuyanda əlaqələr formalaşır, artıq şəhərdə qalmağa qərar verir. Bəziləri var ki, şəhəri bəyənmir, üz tuturlar Rusiyaya, Almaniyaya və s. Bu gün Bakını bəyənməyib Almaniyaya gedənlərin sayı daha çoxdur. Bu, birbaşa gənclərin öz seçimi ilə olan məsələdir. O vaxt kəndlərdə kolxoz, sovxoz vardı, gənclər orada işləyirdi. Bu gün gənclər kənddə qalmaq istəmir. İkincisi, məcburi səbəblər sırasında iş yerlərinin olmaması yer tutur, iqtisadi vəziyyət o qədər də yaxşı deyil. Ona görə də yaxşı həyat arzulayan gənclər şəhərə işləməyə gəlirlər. Üçüncü səbəb – universitetlər Bakıdadır.

Dördüncüsü, insanların mütləq kəndlərdə qalmalı olduğu anlayışı doğru deyil. Məsələn, Rusiya əhalisinin əhəmiyyətli hissəsi ölkənin qərbində yaşayır. Şərqində və cənubunda demək olar ki, əhali yaşamır. Yəni insanların kənddən şəhərə axınını vahiməli şəkildə təqdim etməyə ehtiyac yoxdur”.

Xalid Kərimli hesab edir ki, yeni iqtisadi münasibətlərdə kəndlər boşalacaq, böyüyəcək və şəhərləşmə gedəcək kimi məsələlər ortaya çıxacaq:

"Ona görə də hesab edirəm ki, ölkənin inzibati ərazi bölgüsü yenidən işlənməlidir, rayonların sayı azalmalıdır”.скачать dle 11.3