Mojo.az Banner
20:51 “1500 manatlıq yardım” elanı yalandı - ALDANMAYIN  |     20:41 “Harada park etdim?” problemi tarixə qovuşur: “Google”dan yeni funksiya  |     20:35 Röya Ayxandan yeni mahnı - “Ayrılan adamlar” (Video)  |     20:27 Miri Yusif də robot it aldı - Video  |     20:20 Quru sərhədləri nə vaxt açılacaq?  |     20:15 İş adamının meyiti tapıldı  |     20:06 BSU yataqxanasındakı yanğın nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəyib  |     19:55 Naxçıvanda daha bir vəzifəli şəxs işdən azad edildi  |     19:47 Pakistanda ilk "ASAN xidmət" mərkəzi fəaliyyətə başlayıb - FOTO  |     19:38 Portuqaliya İrandakı səfirliyini bağladı  |     19:20 Füzulidə iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb  |     19:09 Ramazanda fitrə pulu nə qədər olacaq? - MƏBLƏĞ  |     19:01 Metro tarifləri DƏYİŞİR - Stansiya sayına görə ödəniş? - RƏSMİ CAVAB  |     19:00 Hacıbala Abutalıbov kəndə köçüb  |     18:57 DTX və Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi vəzifəliləri xüsusi hərbi uçota alınacaqlar  |     18:44 Bakıda bu yollarda tıxac var  |     18:43 KİV: İran Trampın "müharibə istəmədiyi" barədə məlumat alıb  |     18:25 Bu həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadıldı  |     18:01 Ermənistanda yüksəkvəzifəli şəxslər saxlanıldılar  |     17:26 Füzulidə əmi və qardaşı oğlunun FACİƏLİ ÖLÜMÜ: Maşından meyitləri tapıldı  |    
Left Banner
Right Banner

Ramazanda fitrə pulu nə qədər olacaq? - MƏBLƏĞ

15.01.2026 19:09 84
Ramazanda fitrə pulu nə qədər olacaq? - MƏBLƏĞ
Mərhəmət, paylaşmaq və mənəvi saflaşma ayı olan Ramazan fevralın 19-dan etibarən başlayır. Ramazan ayı təkcə oruc ibadəti ilə deyil, eyni zamanda ehtiyacı olanlara yardım etmək, iftar süfrələri açmaq və xeyriyyəçilik ənənələrinin gücləndiyi bir dövr kimi yadda qalır. Bu baxımdan, oruc ibadətinin ayrılmaz tərkib hissəsi sayılan fitrə zəkatı da xüsusi əhəmiyyət daşıyır. Müqəddəs Ramazan ayının yaxınlaşması ilə birlikdə bu il fitrə zəkatının məbləğinin nə qədər olacağı da əsas suallardan birinə çevrilir.

Modern.az mövzu ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevlə əlaqə saxlayıb.

O bildirib ki, Ramazan ayının başlanmasına bir həftə qalmış fətva elan ediləcək və həmin vaxt fitrə zəkatının məbləği ilə bağlı tövsiyələr ictimaiyyətə açıqlanacaq.

Saytımıza açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov isə qeyd edib ki, Ramazan ayı ibadət ayı olmaqla yanaşı, dua və mənəvi saflaşma zamanıdır.

Deputat əlavə edib ki, Ramazana kompleks bir ibadət kimi yanaşdıqda görürük ki, bu ay bir çox dini ayinləri özündə birləşdirir. O həmçinin vurğulayıb ki, fitrə zəkatını imkanı olan, özünün və ailəsinin gündəlik azuqəsini təmin edə bilən hər bir şəxs verməlidir:

"Bu baxımdan Ramazan ayının əsas əhəmiyyəti və önəmi də məhz burada ortaya çıxır. Hər bir müsəlman Ramazan ayının sonunda bu zəkatı mütləq şəkildə verməlidir.

Fitrə zəkatı bir neçə növ ərzaqla verilə bilər. Bunlara düyü, buğda, xurma və digər əsas qida məhsulları daxildir. Bu səbəbdən fitrə zəkatının məbləği də dəyişə bilir. Əgər daha ucuz ərzaq seçilərsə, məbləğ az olur, daha bahalı məhsul seçildikdə isə məbləğ artır. Tövsiyə olunan orta məbləğ təxminən 10 manat hesab edilir. İmkanı çatan hər bir müsəlmanın bu məbləğdə fitrə zəkatı verməsi məsləhət görülür”.

C.Məmmədov eyni zamanda bildirib ki, bununla yanaşı, fitrə zəkatı üçün nəzərdə tutulan məbləğ dəyişə də bilər:

"Məsələn, seçilən ərzağın növünə və bazar qiymətinə uyğun olaraq fitrə zəkatı daha az və ya daha çox ola bilər. Əsas prinsip ondan ibarətdir ki, təqribən 3 kiloqram əsas ərzağın (xurma, buğda və s.) dəyəri nəzərə alınsın. Bəzi yanaşmalara görə fitrə zəkatı mütləq ərzaq şəklində verilməlidir. Bu, Peyğəmbər dövründə də belə idi. Lakin nəzərə alsaq ki, müasir dövrdə insanların ehtiyacları fərqlidir. Bəzən ehtiyacı olan şəxs üçün düyü və ya xurmadan daha çox başqa qida məhsulları və ya ümumi maddi dəstək daha faydalı olur.

Məhz bu səbəbdən bir çox alimlər fitrə zəkatının pul şəklində verilməsi mümkün hesab edir. Qeyd edilən kimi, bu məbləğ təxminən 10 manatdır. Minimum ərzaq dəyəri nəzərə alındıqda isə fitrə zəkatı 5 manat civarında da ola bilər. Bununla belə, tövsiyə ondan ibarətdir ki, imkan daxilində maksimal məbləğ seçilsin və proses bunun əsasında nəzərə alınsın”,- deyə deputat qeyd edib.

Qeyd edək ki, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir. Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan bayramı (Fitr bayramı) kimi qeyd olunacaq.

Xatırladaq ki, fitrə zəkatı ailə üzvlərinin sayına uyğun olaraq verilməlidir.скачать dle 11.3