Mojo.az Banner
19:45 Azərbaycanda ötən gün 8 odlu silah aşkarlanıb  |     19:36 "İnfantino verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi" - UEFA  |     19:31 Ərdoğana sui-qəsd cəhdinin iştirakçılarından biri saxlanıldı  |     19:12 Elşad Xosenin ölüm xəbəri yayıldı  |     19:10 Azərbaycanda əmlak sığortası bazarı 30 %-dən çox böyüyüb  |     19:05 Üçüncü kurs tələbəsi dünyasını dəyişdi  |     18:56 Namik Xıdırovun müşaviri vəzifəsindən AZAD EDİLDİ  |     18:28 Məşhur aktyor vəfat etdi  |     18:20 Seutada miqrant axınına qarşı dənizdə yeni maneələr quraşdırılır  |     18:13 HƏMAS tərk-silah olunması üçün şərtlərini açıqladı  |     17:33 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     17:20 Həmin görüntülər araşdırıldı, sürücülərlə bağlı tədbir görüldü (Video)  |     17:11 Güləşçimiz yarımfinala vəsiqə qazandı  |     17:07 KİV: UEFA İnfantinonun FİFA prezidentliyindən getməsinə çalışır  |     16:52 Vinisiusun "Arsenal"a keçidi baş tutmadı  |     16:28 Bankların idarəetmə standartlarında dəyişiklik edilib  |     15:59 İspaniya həmin sərhəd keçid məntəqəsini açdı  |     15:36 Əfv sərəncamı nə vaxt imzalana bilər? - Komissiya üzvü danışdı  |     15:26 "Arpa işi"ndə icra başçısı sakinlərə uduzdu (TƏFƏRRÜAT)  |     15:03 Elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb  |    
Left Banner
Right Banner

Bu həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadıldı

15.01.2026 18:25 411
Bu həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadıldı
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2026-cı il aprelin 1-dək veriləcək.

Əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:
- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.
скачать dle 11.3
Mojo.az Banner